Qadin.NET / Macar mətbəxi-Qulyaş(foto resept)

Macar mətbəxi-Qulyaş(foto resept)

Tərkibi:

Dana əti-600 q

Qırmızı bolqar bibəri- 1 ədəd

Pomidor-2 ədəd

Soğan -3 ədəd

"Möcüzə" paket yağı-100 q

"Zeytun bağları" zeytun yağı

Un- 3- 4 x.q

Qara istiot- 1 çay qaşığı

Sarımsaq- 1 diş

Pul bibər-1 çay qaşığı

Duz

Hazırlanması:

Macar mətbəxi-Qulyaş(foto resept)

İlk olaraq əti çox da xırda olmamaq şərti ilə doğrayırıq.

Macar mətbəxi-Qulyaş(foto resept)

Sonra soğanları 3-4 hissəyə ayırıb birlikdə zeytun yağında bir az qovururuq.

Macar mətbəxi-Qulyaş(foto resept)

Və bir qaba yığırıq.

Macar mətbəxi-Qulyaş(foto resept)

Kartofu da iri-iri doğrayıb əti qovurduğumuz qabda qovururuq. Və qovurduqdan sonra ətin üzərinə əlavə edirik.

Macar mətbəxi-Qulyaş(foto resept)

Pomidoru şəkildə gördüyünüz kimi azca kəsib üzərinə qaynar su tökürük.

Macar mətbəxi-Qulyaş(foto resept)

Qabığını soyub suyunu tumundan ayırırıq. Özünü isə xırda-xırda doğrayıb kartofun üzrindən əlavə edirik.

Macar mətbəxi-Qulyaş(foto resept)

Pomidorun suyunu da əlavə edib, Bibəri də sürtkəcdən keçirib əlavə edirik. Üzərinə çıxana qədər su əlavə edirik.

Macar mətbəxi-Qulyaş(foto resept)

Sarımsağın qabığını soymadan bıçağın arxası ilə əzirik və əlavə edirik. Ədviyyatları əlavə edib. 40-45 dəqiqə bişirmək lazımdır. Yeməyimiz bişərkən kərə yağında unu bir az qourub bir az su əlavə edirik. S

onra yeməyin üzərinə əlavə edib 10-15 dəqiqə daha bişiririk. 

Macar mətbəxi-Qulyaş(foto resept)

Qulyaş hazırdır.

Macar mətbəxi-Qulyaş(foto resept)

Nuş olsun!

(tərcümə edilib)

5 iyun 2015
GO BACK