Qadin.NET / Piti

Piti

Piti


Tərkibi:

 

Adambaşına
150 qr qoyun əti
20 qr noxud
Yarım baş soğan
150 qr kartof
20 qr təzə alça,yaxud alça qurusu
0,1 qr zəfəran, yaxud 50 qr "Bizim Tarla" soyulmuş pomidoru
Azərduz yodlu narın xörək duzu, istiot

Hazırlanması:

Pitinin hər payı ayrıca qabda bişirilir.Buna piti qabı deyilir.O saxsıdan hazırlanır və tutumu 0,8 L olur.
Piti üçün qoyun cəmdəyinin döş,boyun,bud yaxud kürək hissəsindən,təqribən 55-80 q-lıq sümüksüz 2-3 tikə ət götürülür.Qabaqcadan bir qədər noxud arılayıb (qara dənələr olmamalıdır) 4-5 saat soyuq suda isladılır.Ət və noxud piti qabına qoyulubüstünə yarım litr soyuq su tökülür.

 

Piti

Sonra qab zəif od üzərinə qoyulub üzərinə yarım litr soyuq su tökülür.Bulyon qaynadıqdan sonra içinə xırda-xırda doğranmış baş soğan salınır.Bır qədər sonra kartof (adətən bütöv şəkildə),yuyulmuş alça qurusu və duz qatılır.Xörəyin hazır olmasına bir az qalmış ədviyyat vurulur.
Sonra 0,1 qr zəfəran 1 stəkan suda ayrıca çay kimi dəmlənir və hər iki pay pitiyə bir xörək qaşığı qatılır və hazır olunca qaynadılır.Pitinin bulyonunun rəngi şəffaf,azacıq sarımtıl və ətirli olmalıdır.
Piti bir qayda olaraq,bişirildiyi qabda süfrəyə verilir və yanına dərin boşqab,yaxud kasa qoyulur,süfrəyə ayrıca qabda soyulub doğranmış baş soğan və sumaq verilir.

Piti


30 yanvar 2010
GO BACK