Tərkibi:
Süd-800ml
Kartof- 2 ədəd
Soğan- 1 ədəd
Kök- 1 ədəd
Yaşıl noxud-1 banka
Konservləşdirilmiş qarğıdalı- 1 banka
Un- 1 xörək qaşığı
Duz- istiot- zövqə görə
"Zeytun bağları" zeytun yağı
Şüyüd.
Hazırlanması:
Soğanı xırda-xırda doğrayıb yağda yumşalana qədər qovururuq. Üzərinə kökü xırda-xırda doğrayıb əlavə edirik və 3-4 dəqiqə birlikdə qovururuq.
Sonra unu əlavə edib 1 dəqiqə də qovururuq.
Üzərinə süd əlavə edib qaynayana qədər qarışdırmaq lazımdır. Kartofu da xırda-xırda doğrayıb əlavə edirik. Kartof bişdikdən sonra konservləşdirilmiş yaşıl noxud və qarğıdalını əlavə edirik. Və duz istiot əlavə edib 5 dəqiqə də bişməsini gözləyirik.
Şorba bişdikdən sonra üzərinə xırda-xırda doğranmış şüyüd əlavə edib süfrəyə veririk.
Nuş olsun!