Qadin.NET / "Ye-arıqla" şorbası (foto resept)

"Ye-arıqla" şorbası (foto resept)

Tərkibi:

100 q kərəviz kökü

3 ədəd kök

3 ədəd baş soğan

3 ədəd "Bizim Tarla" soyulmuş, doğranmış pomidorları

0,5 ədəd bolqar bibəri (qırmızı)

1 litr tomat şirəsi

Duz (zövqə görə effektli arıqlamaq istəyirsizsə, qatmaq lazım deyil)

Hazırlanması:

Lazım olan ərzaqları uzun və xırda-xırda doğrayırıq (kibrit çöpü kimi). Kərəviz kökünü yuyuruq, təmizləyirik və doğrayırıq.

"Ye-arıqla" şorbası (foto resept)

Qırmızı bolqar bibərini də doğrayırıq.

"Ye-arıqla" şorbası (foto resept)

Pomidor və soğan doğranır.

"Ye-arıqla" şorbası (foto resept)

Kök də doğranır.

"Ye-arıqla" şorbası (foto resept)

Doğradığımız bütün ərzaqlar qazana tökülür, tomat şirəsi əlavə olunur. 10 dəqiqə güclü odda, 10 dəqiqə zəif odda bişirib, sonra 10 dəqiqə dayanmağa qoyuruq. Tomat şirəsini su ilə qarışdırmaq olar. Şorbamız hazırdır.

"Ye-arıqla" şorbası (foto resept)

Qamətli və gözəl olun! Nuş olsun!

(Tərcümə edilib)

1 mart 2015
GO BACK