Qadin.NET / Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Tərkibi:

2 porsiya üçün nəzərdə tutulub.

400 qr. qabaq

100-200 ml qaymaq

1 ç.q duz

0,25-0,5 ç.q kerri tozu

2-3 budaq şüyüd

15 qr. suxari

Hazırlanması:

Qabaqları yuyub uclarını kəsirik. Sürtgəcdən keçirdirik. Qabığını təmizləməyə ehtiyac yoxdur.

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Sürtgəcdən keçirilmiş qabaqları bişəcək qaba tökürük. Su əlavə edirik. Əgər qabaqlar tərdirsə, su tökməyə ehtiyac yoxdur. Qabaqların üstü azacıq örtülməlidir. Qapağını bağlayıb qoyuruq mikrodalğalı sobaya gücü 850 olmalıdır. 5 dəqiqə bişirilir. Adi halda qazda da bişirmək olar. Qabaqlar bişməlidir. Sıyığa dönməməlidir. 

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

İsti qabaqlara duz əlavə edilir və blenderlə əzilir. 

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Kerri tozu və qaymaq əlavə edilir.

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Eyni qaydada qarışdırılır.

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Şüyüdü doğrayırıq.

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Şorbaya şüyüdü və suxarini əlavə edib süfrəyə veririk.

Şorbamız hazırdır. 

Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

9 fevral 2015
GO BACK