Qadin.NET / Pəhriz borşu (foto resept)

Pəhriz borşu (foto resept)

Tərkibi:

2 ədəd çuğundur

1 ədər yerkökü

3 ədəd kartof

Pomidor (İstər təbii, istərsə də, qış üçün bağlanmış tomatlıq)

¼ hissə Pekin kələmi

Bir neçə yemək qaşığı lobya (Əvvəlcədən qaynadın və borşa ən sonda əlavə edin.)

1 ədəd soğan

1 diş sarımsaq

 

Pəhriz borşu (foto resept)

 

Hazırlanması:

Yerkökü və çuğunduru nazik, uzun formada doğrayın. Sürtgəcdən də keçirmək olar. Soğanı və sarımsağı kiçik-kiçik doğrayın. Pomidoru isə kvadrat şəklində doğrayın.

 

Pəhriz borşu (foto resept)

 

Ərzaqları zeytun yağında qızardın. Bir qədər qızardıqdan sonra qazın xodunu vam edin, tavanın qapağını ağzına qoyun və 10-15 dəqiqə belə saxlayın. Əgər borşun ləzzətli alınmağını və çuğundurun öz rəngini saxlamağını istəyirsinizsə, tavaya bir çimdik şəkər tozu əlavə edin.

 

Pəhriz borşu (foto resept)

 

Kartofu kvadrat şəklində doğrayın. Əgər kartofun kraxmalı çoxdursa, onu 20 dəqiqə soyuq suda saxlayın. Kraxmal kartofdan ayrılacaqdır.

 

Pəhriz borşu (foto resept)

 

Bir qazanda su qaynadın və duz tökün. Ondan sonra isə kartofu həmin qazana əlavə edin.

 

Pəhriz borşu (foto resept)

 

Tavadakı tərəvəzlər yumşalandan sonra onu qazana əlavə edin və 10 dəqiqə qazanın ağzı yarı açıq halda qaynadın.

 

Pəhriz borşu (foto resept)

 

Bu ərəfədə kələmi doğrayın.

 

Pəhriz borşu (foto resept)

 

Demək olar ki, hazır olan supa kələm və lobyanı əlavə edin. Vam odda 10 dəqiqə də qaynadın.

 

Pəhriz borşu (foto resept)

 

Yeməyin altını söndürməzdən 2-3 dəqiqə əvvəl isə yeməyə istədiyiniz ədviyyatı, eləcə də dəfnə yarpağı əlavə edə bilərsiniz. Yeməyi daha yaxşı olar ki, bişəndən yarım saat sonra süfrəyə verəsiniz. Bişmiş tərəvəzlər bir qədər qalıb bərkisə, yaxşıdır.

 

Pəhriz borşu (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

12 dekabr 2014
GO BACK