Qadin.NET / Macar şorbası (foto resept)

Macar şorbası (foto resept)

Tərkibi:
700 q mal əti
100 q quyruq yağı
700 q kartof
300 q pomidor
250 q şirin bibər
200 q soğan
2-3 diş sarımsaq
1 x.q çəkilmiş qırmızı acı bibər
1 ç.q kəklikotu 
Duz, istiot 
Hazırlanması:

Əvvəlcə quyruğu xırda doğrayırıq.

Sonra soğanı xırda doğrayırıq.
Sonra əti tikələrə ayırın. 

Sonra şirin bibər uzunsov doğranılır.

Pomidor kub şəklində doğranılır.

Sarımsaq xırda doğranılır.

Kartof da doğranılır.

İndi qazana doğranmış quyruğu tökün və 50 q. soyuq suda qaynadın.

Tam bişdikdən sonra yağı çıxacaq və özü qızaracaq.

İndi isə quyruqları kəfkirlə çıxardın.

Həmin yağa doğranmış soğan əlavə edin.

 

 Sonra qizarmiş soğanin üstünə çəkilmiş qirmizi biibəri əlavə edin.

 

Sonra da kəklikotunu əlavə edin.

Bir-iki dəqiqə qovurun. 

Sonra doğranmış əti əlavə edin.

Sonra ətin üzərinə duz, istiot səpin. Bir az qovurun (5-7 dəqiqə).

Üzərinə bir az soyuq su əlavə edin, amma suyu hələ çox tökməyin.

Qapağını örtüb qaynadın. Su qaynadıqdan sonra bir saat yarım müddətində ət bişməlidir.

Sonra doğranmış kartofu əlavə edin.

İndi qazana 2 litr və ya 2 litr yarım isti su əlavə edin.

Sonra doğranmış bibəri əlavə edin və 5-7 dəqiqə qaynadın.

İndi pomidoru əlavə edin.

Sonda isə sarımsağı əlavə edin. Hamısı bir yerdə qaynayandan 5 dəqiqə sonra altını söndürün. Macar şorbamız hazırdır.   

  Macar şorbası (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

1 noyabr 2014
GO BACK