Tərkibi:
1 kq 200 q mal əti
100 q yumru düyü
1 x.q. tomat pastası
1-2 ədəd pomidor
3 baş soğan
3 litr yarım su
1-2 diş sarımsaq
Ədviyyatlar (utsxo suneli)
1 ç.q. çəkilmiş keşniş toxumu
Qırmızı bibər
Sarıkök, kəklikotu
Keşniş, cəfəri
Qara və qırmızı istiot
Duru yağ
Duz
Hazırlanması:
Əvvəlcə əti iri tikələrə doğrayıb, üzərinə azca su töküb bişiririk. Tam bişib hazır olanda, yəni yağı çıxanda yarım halqa şəklində doğranmş soğanə ətin üstünə tökürük, tomat və pomidoru da əlavə edib qarışdırırıq. Bir az qovururuq.
Üzərinə qaynar suyu əlavə edirik. Su qaynadıqdan sonra yumru düyünü və duzu əlavə edirik.
Sonra qırmıziıbibəri və sarıkökü, keşniş toxumunu, ədviyyatları əlavə edib qarışdırırıq.
Düyüsü bişdikdən sonra üzərinə göyərti və kəklikotu tökürük. Süfrəyə verəndə sarımsağı da əzin, içinə qatın.
Xarço yeməyimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)