Qadin.NET / Küftəli borş (foto resept)

Küftəli borş (foto resept)

Tərkibi:

650 q qiymə

500 q çuğundur

150-200 q kələm

1-2 ədəd kartof

2 ədəd kiçik pomidor

1-2 ədəd baş soğan

1-2 ədəd kök

Duz

İstiot

Dəfnə yarpağı

"Zeytun Bağları" zeytun yağı

Hazırlanması:

Əvvəlcə qiymədən balaca küftələr hazırlayıb, suda bişiririk.

Küftəli borş (foto resept)

Sonra kökü və soğanı doğrayıb, yağda qovururuq.

Küftəli borş (foto resept)

Çuğunduru rəndədən keçiririk.

Küftəli borş (foto resept)

Kələmi doğrayırıq.

Küftəli borş (foto resept)

Pomidoru da xırda-xırda doğrayırıq.

Küftəli borş (foto resept)

Hamısını soğanın üzərinə əlavə edib yenidən bir qədər qovururuq.

Küftəli borş (foto resept)

Üzərinə su əlavə etmədən öz suyunda vam odda pörtlədirik.

Küftəli borş (foto resept)

Kənarda kartofları kiçik kub şəklində doğrayırıq.

Küftəli borş (foto resept)

Bu kartofları kənarda suda bişməyə qoyduğumuz küftələrə əlavə edirik.

Küftəli borş (foto resept)

Küftələr və kartof bişəndən sonra suyu ilə birlikdə kənarda qovurduğumuz soğança qarışığına əlavə edirib, birlikdə qarışdırır və 1-2 dəqiqə qaynadırıq.

Küftəli borş (foto resept)

Nuş olsun!

Küftəli borş (foto resept)
1 may 2014
GO BACK