Qadin.NET / Qırmızı mərci şorbası (foto resept)

Qırmızı mərci şorbası (foto resept)

Qırmızı mərci şorbası (foto resept)

Tərkibi:

Qırmızı mərci  – 2 stəkan
Su – 5 stəkan
Soğan – 1 ədəd.
Çili istiotu – 1ədəd .
"Bizim Tarla" tomat pastası – 3 ç.q.
Zəncəfilin kökü – zövqə görə
Sarımsaq– 2 diş.
"Wellington" kərə yağı – 50 q
Duz – zövqə görə
Təzə göyərti – zövqə görə.

Hazırlanması:

Qaynayan suya mərcini əlavə edib 10 dəqiqə qapağı bağlı şəkildə bişirin, sonra duz əlavə edib daha 5 dəqiqə qaynadın.

Qırmızı mərci şorbası (foto resept)

Kərə yağında təxminən 5 dəqiqə yumşalana qədər soğanı qızardın.

Qırmızı mərci şorbası (foto resept)

İstiotu xırda doğrayın, sarımsağı və zəncəfilin kökünü sürtgəcdən keçirin. Tavada qovrulan soğanın üstünə tomat pastası və ya xırda doğranmış pomidorlarla birlikdə bütün bunları əlavə edin və zəif odda təxminən beş dəqiqə pörtlədin.

Qırmızı mərci şorbası (foto resept)

Ətirli tərəvəz  və  bulyonla qarışdırın. Hazır olduqdan sonra ocağı söndürüb 2-3 dəqiqədadların bir-birinə qarışmağını gözləyin.

Qırmızı mərci şorbası (foto resept)

Və üzərinə göyərti səpin.

Qırmızı mərci şorbası (foto resept)

Nuş olsun!

P.S. Yeyəndə üzərinə limon sıxsanız daha ləzzətli olar.

17 aprel 2014
GO BACK