Qadin.NET / Kərəvizli, lobyalı şorba (foto resept)

Kərəvizli, lobyalı şorba (foto resept)

Tərkibi:

300 qr mal əti
300 qr konservləşdirilmiş lobya
600 qr kartof
200 qr kərəviz
150 qr soğan
150 qr kök
5-7 budaq kəklikotu
Duz
İstiot
Bitki yağı
Hazırlanması:
Soğan incə doğranır.

Yerkökü sürtkəcin orta gözündən keçirilir.

Mal əti şəkildəki kimi doğranır.

Kərəviz şəkildəki kimi doğranır.
Qazana bitki yağı əlavə olunur və soğan qovrulur.
Yerkökü də əlavə olunaraq azca qızardılır.
Sonra kərəviz və mal əti əlavə olunur.

Qazana su əlavə olunur.
Kartoflar kub şəklində doğranır.
Duz, istiot və kartoflar əlavə olunur və 15 dəqiqə qaynadılır.
Sonra lobya əlavə olunur.
Ən sonda kəklikotu əlavə olunur və 10-15 dəqiqə bişirilir.
Kərəvizli, lobyalı şorbamız hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)
25 mart 2014
GO BACK