Tərkibi:
1 ədəd kartof
1 ədəd soğan
1 ədəd kəvər
20 qr "Wellington" kərə yağı
40 qr brokkoli
250 qr balıq bulyonu
30 qr qızıl balıq (dərisiz)
Bitki yağı
Duz
İstiot
Hazırlanması:
Soğan xırda doğranır.
Kəvərin baş hissəsi doğranır.
Qaba doğranmış kartof, soğan və kəvər əlavə edilir.
Üzərinə bitki yağı və su əlavə edilərək zəif od üzərində bişməyə qoyulur.
Başqa tavaya kərə və bitki yağı əlavə edilir.
Üzərinə brokkoli qoyulur, zəif od üzərində bişirilir (Brokkolinin bir parçası bəzək üçün saxlanılır).
Hazır brokkoli blenderdən keçirilir.
Bişmiş kartof və soğan da blenderdən keçirilir.
Əvvəlcə qazana yağ əlavə edib üzərinə blenderdən keçirdiyimiz kartoflu və brokkoli püresini əlavə edirik.
Duz, istiot əlavə edilib qarışdırılır.
Hazır püreni boşqaba əlavə edirik.
Üzərinə qızardılmış qızıl balığı və bişmiş brokkolini tikələyib bəzək veririk.
Üzərinə bitki yağı gəzdiririk.
Qızıl balıqlı yaşıl şorba hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)