Tərkibi:
1 baş soğan
2 ədəd kartof
3 x.q. "Bizim Tarla" soyulmuş, doğranmış pomidoru
0,5 stəkan yumru düyü
100 qram qiymə
Duz
Sarıkök
Kəklikotu
7 stəkan su
Hazırlanması:
Əvvəlcə soğanı doğrayıb yağda qovururuq.
Soğan qızardıqdan sonra üzərinə qiyməni əlavə edib qovururuq.
Sonra pomidor və sarıkökü əlavə edib qovururuq.
Üzərinə suyu əlavə edirik.
Su qaynadıqdan sonra kartofu, yumru düyünü və duzu əlavə edirik.
Düyüsü bişdikdən sonra üzərinə kəklikotu tökürük.
Qiyməli şorbamız hazırdır.
Nuş olsun.:nyam: