Tərkibi:
1 dəstə şüyüd
200 ml su
3 x.q xama
10 qr xardal
3 ədəd kiçik kartof
1 ədəd yaşıl soğan
50 qr bişmiş kolbasa
50 qr hisə verilmiş kolbasa
1 ədəd xiyar
1 ədəd yumurta
Hazırlanması:
Kartof və yumurta qaynadılır. Digər ərzaqlar da xırda-xırda doğranılır.
Yumurtanın sarısı xardalla qarışdırılır. Su qaynadılıb soyudulur. Soğan və şüyüd şəkildəki kimi doğranılır.
Su və xamadan başqa bütün ərzaqlar bir-birilə qarışdırılır. Zövqə görə duz və istiot vurulur. Qarışığın üzərinə xamanı da əlavə edib, qarışdırırıq və ehmalca su əlavə edilərək yenidən qarışdırılır. Doğramac hazırdır.
Nuş olsun
(Tərcümə olunub)