Tərkibi:
2 baş soğan
2 orta boy kök
2 diş sarımsaq
3-4 kiçik kartof
1 fincan konservləşdirilmiş "Bizim Tarla" yaşıl noxud
4-5 x.q. "Bizim tarla" soyulmuş, doğranmış pomidoru
1 ovuc xırda verməşil
2 tablet bulyon
1 dilim limon
Şüyüd
0.5 armudu st. "Zeytun Bağları" zeytun yağı
Su
Hazırlanması:
Soğanı xırda doğrayıb zeytun yağında qovururuq.
Kökü soyub, blenderdə doğrayırıq və soğanın üzərinə əlavə edib qovururuq.
Pomidoru və sarımsağı da əlavə edib qovurmağa davam edirik.
Üzərinə qaynar su tökürük.
Qaynayan yeməyə dördkünc doğranmış kartofu, tablet bulyonu əlavə edib bir az da qaynamağa qoyuruq.
5 dəqiqə qaynadıqdan sonra yaşıl noxudu, verməşili və limonu əlavə edirik.
Qazanın qapağını yarımçıq bağlayırıq, vam odda 20 dəqiqə bişiririk.
Və yeməyimiz hazırdır.
Süfrəyə verərkən üzərinə xırda doğranmış şüyüd səpirik.
Nuş olsun!