Qadin.NET / Kartoflu sadə şorba (foto resept)

Kartoflu sadə şorba (foto resept)

Tərkibi:

4 ədəd orta boy kartof

1 ədəd soğan

1 qaşıq "Bizim Tarla" tomat pastası

Duru yağ

3 st.s u

1 ç.q duz

Ət bulyonu

Hazırlanması:

Soğan və kartofu orta böyüklükdə kub formasında doğrayırıq.

Kartoflu sadə şorba (foto resept)

Qazana 4-5 xörək qaşığı duru yağ tökürük və yağın qızmasını gözləyirik.

Kartoflu sadə şorba (foto resept)

Yağın içinə soğanları töküb, qızarana qədər qovururuq.

Kartoflu sadə şorba (foto resept)

Soğan qızarana yaxın tomat əlavə edirik.

Kartoflu sadə şorba (foto resept)

Tomat və soğanı qovrula-qovrula qarışdırırıq.

Kartoflu sadə şorba (foto resept)

Sonra kartofu əlavə edib qarışdırırıq.

Kartoflu sadə şorba (foto resept)

Sonra kartofun üzərinə 3 st. su əlavə edirik, az olsa bir az da əlavə edə bilərsiniz. Eyni zamanda bulyonu və duzu da əlavə edib qarışdırın. Qapağı örtün və 15 dəqiqə bişirin.

Kartoflu sadə şorba (foto resept)

Nuş olsun..!

24 mart 2016
GO BACK