Tərkibi
Tikə ət
4 ədəd kartof
1 ədəd soğan
Hərəsindən 1 ədəd rəngli bibər
Dəfnə yarpağı
"Bizim Tarla" soyulmuş pomidoru
"Bizim Tarla" "Bizim Tarla" tomat pastası - 1 xörək qaşığı
"Zeytun Bağları" zeytun yağı
Duz və istiot
Hazırlanması:
Soğanı xırda doğrayıb, duru yağda qovururuq. Üstünə tikə əti tökürük.
1-2 dəqiqə əti də soğanla qovurub, üstünə uzun doğranmış kartof, bibər, pomidor, dəfnə yarpağı, duz və istiot tökürük.
Sonda bir boşqabda tomatlı su düzəldib, üzərinə töküb, 15-20 dəqiqə buğunda bişiririk. Yeməyimiz hazırdır.
Nuş olsun!