Qadin.NET / Makaronlu şorba (foto resept)

Makaronlu şorba (foto resept)

Lazım olan ərzaqlar:
1 banka "Bizim Tarla" soyulmuş pomidor
100 qr. makaron
1 soğan
2 diş sarımsaq
2 kök
Zövqə görə göyərti (reyhan olsa daha yaxşı olar)
Duz, istiot
 "Wellington" əridilmiş kərə yağı
Hazırlanması:
Soğanı, sarımsağı, kökü yuyub doğrayırıq.
 
 
Göyərtini də gördüyünüz qaydada doğrayırıq.
Pomidorun qabıqlarını soyuruq, bir qaba yığırıq .
Qazana yağı töküb soğanı və sarımsağı qovururuq, sonra kökü əlavə edib qarışdırırıq.
 
Daha sonra pomidoru şirəsi ilə birgə bura əlavə edib 5-7 dəqiqə qaynadırıq.
Göyərtini, duzu, istiotu da bura əlavə edib qarışdırırıq, əgər qatı olsa, 100 qr qaynar su əlavə edə bilərsiniz.
Başqa qazanda makaronu qaynadırıq, bişəndən sonra süzürük və qazana əlavə edirik.
Şorbamız hazırdır.
Süfrəyə verərkən üzərinə göyərti də səpə bilərsiniz.
Nuş olsun.
(Tərcümə edilib)
12 oktyabr 2013
GO BACK