Əziz xanımlar, sizlərə Qax mətbəxindən xəmir yeməyi təqdim edirəm:
Tərkibi:1 kq. un
1 kq. qurudulmuş ət
1 x.q. "Bizim Tarla" tomat pastası
3-4 ədəd alça qurusu
5-6 diş sarımsaq
2 ədəd soğan
“Azərduz” yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Əvvəlcə çox bərk olmayan xəmir yoğururuq. Xəmirə duz vurulmur.
Xəmir 5-10 dəq mayalandıqdan sonra, şəkildə gördüyünüz kimi uzununa kəsilir.
Uzununa kəsilmiş xəmirləri barmaqlarımızın ucu ilə yumrulayırıq.
Sonra xırda kvadrat formada kəsirik.
Ayırdığımız xırda hissələri bir-bir şəhadət barmağımızı basmaqla çəkirik.
Çəkilmiş xəmiri əlimizlə bir qədər dartıb uzadırıq ki, qalın olmasın. Unlayıb ayrı-ayrı yığırıq ki, bir-birinə yapışmasın.
Qazanda su qaynadıb, duz əlavə edirik. Çəkdiyimiz sürhüllüləri bir-bir qaynayan suya əlavə edirik.
Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara yığırıq.
Başqa bir qazana quru ət qoyub üzərinə xırda doğranmış soğan və 3 st. su əlavə edirik.
Hər ikisi birlikdə 15 dəqiqə qaynadıqdan sonra, üzərinə 3-4 ədəd alça qurusu
və 1 x.q "Bizim Tarla" tomat pastası əlavə edib ocaqdan götürürük.
Hazır şorbadan bolluca sürhüllülərin üzərinə gəzdiririk, üstündən ətini də qoyuruq.
Sürhüllümüz hazırdır. Süfrəyə turşu və sarımsaqla verilir.
Nuş olsun!