Qadin.NET / Uxa (foto resept)

Uxa (foto resept)

  Lazım olan ərzaqlar. 

  1 kq balıq (istənilən növ ola bilər),

  800 qram kartof,

  2 ədəd kök,

  2 ədəd baş soğan,

   bir miqdar cəfəri kökü, 

  3-4 ədəd dəfnə yarpağı,

  "Azərduz" yodlu narın xörək duzu, istiot.

 Balıqları təmizləyirik, baş və quyruq hissələrini 25-30 dəqiqə qaynadırıq.

 

  Qalan hissəni böyük olmayan tikələrə ayırırıq.

 

 

 Soğanı doğrayırıq, kökü sürtkəcdən keçiririk, kartofları kub şəklində doğrayırıq.

 

 

 

  Bulyon hazır olduqdan sonra baş və quyruq hissəni qazandan çıxarırıq və hazır bulyona kartofu əlavə edirik. Kartof qaynadıqdan sonra doğradığımız balığı əlavə edib 15 dəqiqə qaynadırıq. Kökü, soğanı əlavə edib daha 7-8 dəqiqə qaynadırıq. Qeyd edim ki, zövqə görə soğanı bir az qovurub da əlavə edə bilərsiniz.

 

 

 

 

 Sonda dəfnə yarpağı, dənəvər istiot, cəfəri kökü əlavə edirik.

 Uxa hazırdır, zövqünüzə görə göyərti əlavə edə bilərsiniz.

Uxa (foto resept)

 Nuş olsun!!!

 

(Tərcümə olunub)

 

29 mart 2013
GO BACK