Tərkibi:
4 ədəd pomidor (rəndələnmiş)
1 stəkan xırda vermişel
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı bitki yağı
1/2 budaq cəfəri
1 çay qaşığı duz
2 çay qaşığı istiot
2 çay qaşığı pul bibər
2 litr su və ya toyuq bulyonu
1/2 ədəd limon suyu
Hazırlanma qaydası:
Şorbanı bişirəcəyiniz qazana kərə yağı və maye yağını əlavə edib ocağa qoyun. Yağ qızdıqdan sonra rəndələnmiş pomidorları əlavə edin. Pomidorlar yüngül sununu çəkənə qədər bişirin. Daha sonra xırda vermişəl, duz, istiot və toyuq bulyonunu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayıb qaynayana qədər orta ocaqda bişirin. Qaynamağa başlayan şorbanın altını azaldıb və zəif odda 5 dəqiqə də bişirin. Zəif ocaqda bişən şorbanın içərisinə cəfəri və limon suyunu da əlavə etdikdən sonra qazanı ocaqdan götürün. Şorbanı isti-isti süfrəyə verin.
Nuş olsun!