Azərbaycan mətbəxinin yeməklərindən biri də dovğadır. Azərbaycanın bəzi yaşayış bölgələrinə uyğun olaraq, bu yeməyin özünə məxsus əlavələri və dəyişiklikləri vardır. Belə ki, Dovğaya kələm və noxud vurulur. Mənim sizə təqdim edəcəyim dovğa belədir:
Qatıq
İispanaq, keşniş, şüyüd, dağ keşnişi
Yumurta
Un
Düyü
Nanə (zövqə görə)
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Yarım stəkan düyü bişirilir.
Göyərtilər xırda doğranır və yuyulur.
Qazana qatıq, bir ədəd yumurta, bir xörək qaşığı un tökülür.
Bunlar mikserlə qarışdırılır.
Qazın üstünə qoyurlar və taxta qaşıqla qaynayana qədər bulanır. Qaynanayan zaman bişmiş düyü əlavə edilir.
Sonra göyərtilər əlavə edilir.
İki dəqiqə bulandıqdan sonra qazanı kənara qoyub, duz əlavə edirik.
Buyurun: Dovğanız hazırdır.
Zövqə görə süfrəyə verilən zaman dovğanın üzərinə nanə qurusu səpilir.