Qadin.NET / Qırmızı lobya şorbası (foto-resept)

Qırmızı lobya şorbası (foto-resept)

 Tərkibi:
- 1, 5 l bulyon
- 1 stəkan qırmızı lobya
- 1 baş soğan
- 1 kök
- 1 x.q. tomat
- 2 orta ölçüdə kartof
- yarım dəstə cəfəri
- duz, istiot, sarıkök

Hazırlanması:
Lobyanı axşamdan isladın, səhər suyu süzün, lobyanı yaxşı yuyun, ağzı bağlı qazanda yumşalana qədər bişirin.
Yağda soğan, kök, xırda doğranmış cəfəri qızardın. Tomat əlavə edin, 1-2 dəqiqə qızardın.

Qırmızı lobya şorbası (foto-resept)


Kartofu kub şəklində doğrayın.
Bulyona kartof əlavə edin, yumşalana qədər bişirin.
Qızardılmış tərəvəzləri, lobyanı, duz, istiot, sarıkök əlavə edin, hazır olana qədər bişirin.
Nuş olsun!

10 noyabr 2020
GO BACK