Qadin.NET / "Oladi" (foto-resept)

"Oladi" (foto-resept)

Tərkibi:
- yarım litr qatıq (turş olmamalıdır)
- 1 yumurta
- 2 x.q. şəkər tozu
- yarım ç.q. duz
- 1 ç.q. soda
- 2,5 stəkan un (2 stəkan + yarım stəkan)
- 1 paket vanilli çəkər tozu
- bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Yumurtanı çəngəllə çalın, otaq temperaturunda olan qatıq əlavə edin, qarışdırın. Şəkər tozu, vanilli şəkər tozu, soda (söndürmək lazım deyil) əlavə edin, qarışdırın. Ələnmiş un əlavə edin, yaxşı qarışdırın, 20 dəqiqə saxlayın.

Tavanı qızdırın, bir az bitki yağı tökün, yaxşı qızdırın.


Oladyi vam odda qızardın.
Nuş olsun!

14 oktyabr 2020
GO BACK