Tərkibi:
Xəmiri üçün:
2 st. un
1 yumurta
duz
su
İçlik üçün:
300 qr. ət qiymə
1 ədəd soğan
duz, istiot
zövqə görə göyərti yaxud nanə
Hazırlanması:
Xəmir üçün lazımi ərzaqlar qarışdırılıb yumşaq ələ yapışmayan bir xəmir yoğrulur.
Üzəri örtülərək 10 dəqiqə kənara qoyulur.
İçliyi hazırlamaq üçün qiymənin içinə sürtgəcdən keçirilmiş soğan və duz istiot, göyərti qatılaraq hazırlanır.
Xəmirdən kündələr hazırlayaraq yayın.
Yaydığınız xəmiri xüsusi düşbərə üçün nəzərdə tutulmuş alətlə yaxud da hər hansı bir qapaqla girdə şəklində kəsərək içinə hazırladığınız etli qarışımdan qoyub yarım ay şəklində bükün.
Sonra uclarından tutun və bir-birinə yapışdırın.
Hazırlanmış düşbərələri unlayın (yapışmaması üçün) və bir qaba düzün.
Bir qazanda su qaynadın. Qaynayan suyun içinə bir çay qaşığı duz, 50 qr kərəyağı əlavə edin. Qazana ununu silkələyərək düşbərələri əlavə edib.15 dəqiqə qaynadıqdan sonra düşbərəniz hazırdır. Zövqə görə üzərinə ya nanə, ya da kəklikotu əlavə edə bilərsiniz.