Tərkibi:
2 su st qaynadılmış noxud
2 ədəd orta boy kartof
1 ədəd orta boy pomidor
2 ədəd bibər
150 qram qiymə
2 y/q zeytun yağı
1 orta boy quru soğan
1 y/q pomidor pastası
5-6 st isti su
Hazırlanması:
Soğanı, bibəri və pomidoru yeməklik doğrayın.
Qazana yağ əlavə edin, soğanlar çəhrayılaşana qədər qovurun. Qiymə əlavə edin və qovurun.
Əvvəlcə pomidoru, bibəri əlavə edərək qovurun, sonradan tomatı və duzu əlavə edərək 2 dəqiqə qovurun.
Kartofları əlavə edərək qarışdırın, noxudları və isti suyu əlavə edərək aşağı dərəcədə noxudlar yaxşıca yumşalana qədər bişirin.