Qadin.NET / Yulaflı brokoli şorbası (foto-resept)

Yulaflı brokoli şorbası (foto-resept)

Tərkibi:

200 qram brokoli

yarım kök

1 diş sarımsaq 

2 y/q yulaf unu və ya tam buğda unu

1 ç/q kərə yağı

1 st sümük suyu

1 st su 

Hazırlanması:

Sürtgəcdən keçirdiyiniz brokolini və xırda-xırda doğradığınız kökü qazana əlavə edin.

Bıçaqla əzdiyiniz sarımsağı da əlavə edin.

Sümük suyunu və suyu əlavə edin, qapağı bağlı olaraq tərəvəzlər yumşalana qədər bişirin.


Kərə yağını kiçik tavaya qoyun, əriyənə qədər unu əlavə edin və qovurun.

Qovurduğunuz unu tərəvəzlərə əlavə edin və blenderdən keçirərək servis edin.


5 sentyabr 2020
GO BACK