Qadin.NET / Gendime şorbası (foto-resept)

Gendime şorbası (foto-resept)

Tərkibi:

1 st buğda (1 gecə əvvəlcədən isladılmış)

1 st qaynadılmış lobya

buğdanı qaynatmaq üçün 4 st su

şorbaya əlavə etmək üçün 4-5 st su + 1 ədəd ət bulyonu

Marine etmək üçün

3 y/q un

1,5 st qatıq

Sous üçün:

1 y/q kərə yağı + 2 y/q duru yağ

quru nanə

Hazırlanması:

Buğdanı 4 stəkan suda qaynadın. Buğda yumşalıb çatlamaya başlayanda qalan suyun miqdarına görə üstünə 4-5 stəkan isti su əlavə edin.

1 ədəd ət bulyonu qaynatdığınız lobya və noxudu əlavə edərək 1-2 dəqiqə qaynadın.

Dərin kasada qatıq və unu çırpın. Şorbanın qaynayan suyundan 2 çömçə qədər qatığa əlavə edərək çırpmağa davam edin.

İlıqlaşan qatıqlı qarışımı qazana əlavə edin və qarışdırın. 6-7 dəqiqə daha qarışdıraraq bişirin və qazı söndürün.

Servis üçün kərə yağını və duru yağı nanə ilə birlikdə qızdırın.

Şorbanı nanəli sousla servis edin.

16 avqust 2020
GO BACK