Tərkibi:
Brokoli
4 y/q duru yağ
1 ədəd orta boy soğan
1 yumurta
1 st süd
1 ç/q duz və istiot
Hazırlanması
Brokoliləri kiçik-kiçik doğrayın, sonra soğanı doğrayın. Qazana duru yağ əlavə edin, orta dərəcədə qazı açın. Doğranmış soğanı qazana əlavə edərək çəhrayiləşənə qədər qovurun. Sonra brokoliləri qazana əlavə edin və yumşalana qədər qovurun. Brokolilər yumşaldıqdan sonra qazanın içindəki keçəcək qədər su əlavə edin və aşağı dərəcədə brokolilər yumşalana qədər bişirin. Kasanın içində yumurta sarısını südlə çırpıb qarışdırın. Qazandakı şorbanı almadan əvvəl hazırladığınız südlü qarışımı şorbaya əlavə edin. 1 dəqiqə bişirdikdən sonra, qazın altını söndürün və şorbanı servis edin.