Tərkibi:
1 y/q kərə yağı
3 y/q zeytun yağı
1 y/q tomat
1 y/q un
1 y/q pomidor pastası
1 su st pomidor püresi
1 qəhvə fincanı düyü
5 - 5,5 su st su
duz
3 y/q doğranmış cəfəri
Hazırlanması:
Kərə yağı, zeytun yağı, tomat və unu qazana əlavə edin. Orta dərəcədə dibini tutdurmadan qoxusu çıxana qədər qovurun.
Pomidor püresini əlavə edərək 2 dəqiqə daha qovurun.
Düyüləri, suyunu və duzunu əlavə edin orta dərəcədə qaynayana qədər qarışdıraraq bişirin.
Düyülər bişəndən sonra cəfəriləri əlavə edin və 5 dəqiqə daha qaynadın.