Qadin.NET / Düyülü toyuq şorbası (foto-resept)

Düyülü toyuq şorbası (foto-resept)

 

Tərkibi:

2 ədəd qaynadılmış toyuq budu

1 y/q kərə yağı

1 y/q tomat

1 ədəd yaşıl bibər

4 y/q düyü

6 su st toyuq suyu

duz

istiot

 

Hazırlanması:

Qaynadılmış suyunu ayırdığınız toyuqları didin və kənara qoyun. Yaşıl bibəri xırda-xırda doğrayın.

Kərə yağını qazana əlavə edin, bibəri qovurun. Tomatı əlavə edin və qovurmağa davam edin.

Düyünü, toyuq və toyuq suyunu əlavə edərək qarışdırın.

Düyülü toyuq şorbası (foto-resept)

Orta dərəcədə qaynayana qədər bişirin, duzu əlavə edin və qazın dərəcəsini azaldın.

Aşağı dərəcədə düyülər bişənə qədər bişirin. Limon sıxaraq servis edin.

Düyülü toyuq şorbası (foto-resept)

12 aprel 2020
GO BACK