Qadin.NET / Ətli şorba (foto-resept)

Ətli şorba (foto-resept)

 

Tərkibi:

 

2 y/q un (küftələri batırmaq üçün)

1 litr su

2 ədəd orta boy kartof

2 ədəd orta boy kök

2-3 y/q doğranmış cəfəri

Duz

 

Küftəsi üçün:

300 qram qiymə

1 ədəd kiçik boy soğan

3 y/q düyü

Duz

Istiot

 

Xüsusi qarışım:

1 yumurta sarısı

Yarım limon suyu

 

Hazırlanması:

 

Qiyməni qaba əlavə edin, sürtgəcdən keçirilmiş soğan, yuyulmuş və süzülmüş düyü, duz və istiotla birlikdə yoğurun.

Sıxlaşan qiymədən parçalar qopararaq əlinizlə yuvarlayın.

Kartof və kökük soyub kub-kub doğrayaraq qazana əlavə edin. Üstünə 1 litr su əlavə edin və 5-6 dəqiqə qaynamağa qoyun.

Hazırladığınız küftələri una batırın, qazana əlavə edin və qaynamağa qoyun.

Ətli şorba (foto-resept)

Limon suyu və yumurta sarısını bir kasada çırpın. Qaynayan sudan 3-4 yemək qaşığı alaraq xüsusi qarışıma az-az əlavə edib qarışdırın.

Ətli şorba (foto-resept)

Qarışım yaxşıca ilıqlaşdıqdan sonra qazana əlavə edin və qarışdırın. 4-5 dəqiqə orta dərəcədə qaynadın.

Cəfərini və duzu əlavə edərək biraz qaynadın, qazın üstündən alaraq servis edin.

Ətli şorba (foto-resept)

9 fevral 2020
GO BACK