Qadin.NET / Balqabaqlı küftə (foto-resept)

Balqabaqlı küftə (foto-resept)

 

Tərkibi:

500 qram balqabaq

1 ədəd yumurta sarısı

1 su st qatıq

1 y/q limon suyu

3-3,5 su st su

 

Küftə üçün:

250 qram qiymə

1 ədəd balaca soğan

1 y\q doğranmış cəfəri

2 y/q düyü

duz

istiot

2 y/q un (küftələri batırmaq üçün)

 

Servis üçün:

təzə reyhan

Balqabaqlı küftə (foto-resept)

Hazırlanması:

Qiyməni, sürtgəcdən keçirdiyiniz soğanı ( suyunu əlinizlə sıxın), yuyulmuş süzülmüş düyü, cəfəri, duz və istiotları dərin qabda yoğurun.

Yoğurduğunuz qiymədən parçalar qopararaq əlinizlə yumrulayın.

Balqabağı qazana qoyun, üstünə su əlavə edin və qaynamağa qoyun.

Hazırladığınız küftələri una batırıb, qazana əlavə edib, qaynamağa qoyun.

Limon suyu və yumurta sarısını kasada çırpın. Qaynayan sudan 1 qaşıq götürüb kasadakı qarışıma az-az əlavə edin və qarışdırın.

Qarışım ilıq olduqdan sonra qazana əlavə edin və qarışdırın. 4-5 dəqiqə qaynadın. Doğranmış reyhanı əlavə edərək bir dəfə qaynadın və qazın üstündən götürüb servis edin.

Balqabaqlı küftə (foto-resept)

 

29 yanvar 2020
GO BACK