Tərkibi:
350-400 qram ispanaq
1 çay st qaynadılmış yaşıl mərci
3-4 y/q bulqur
1 ədəd orta boy quru soğan (varsa qırmızı)
1-2 diş sarımsaq
3-4 y/q zeytun yağı
3-4 y/q doğranmış pomidor sousu yaxud 1 y/q tomat (pomidor və bibər qarışıq)
1,5 su st su
Hazırlanması:
Yaşıl mərcini 2-3 stəkanı suda qaynadın
Mərcini qaynadarkən təmizlədiyiniz ispanaqı iri-iri doğrayın. Soğanı və sarımsağı doğrayın.
Qazana zeytun yağı əlavə edin, üstünə soğanı, sarımsağı əlavə edin və şəffaflaşana qədər qovurun.
Doğranmış pomidoru və ya tomatı əlavə edərək qoxusu çıxana qədər qovurun.
Bulquru və qaynadılmış yaşıl mərcini əlavə edərək qarışdırın. İspanaqları az-az əlavə edin və qarışdırın. Son olaraq suyunu və duzunu əlavə edərək qazanın qapağını bağlayın.
Qaynayana qədər yüksək, qaynadıqdan sonra aşağı dərəcədə suyunu çəkənə qədər bişirin. İsti-isti servis edin.