Qoç - zəifliklərinizə müqavimət göstərin. Onlar çoxsaylı və müxtəlifdir, ancaq bunlara sinə gərmək üçün kifayət qədər gücünüz var. Unutmayın, bugünkü bütün hərəkətləriniz gec, ya da tez hər kəsə bəyan olacaq - odur ki, sonra utanacağınız bir addım atmayın.
Sənədlərin hazırlanması, dövlət orqanlarının nümayəndələri ilə təmaslar üçün münasib gündür. Vacib məlumatı vaxtında alacaq və ondan lazımi qaydada istifadə edəcəksiniz. Unutmayın, şəxsi işlərinizdə tələskənlik və həddən artıq qətiyyət göstərməyiniz hər şey korlaya bilər, götür-qoy etməlisiniz.
Buğa - uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.
Əkizlər - çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək.
Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.
Xərçəng - ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Xərçənglər insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.
Şir - bu günün hadisələri bir çox Şirləri sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür.
Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.
Qız - mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.
Tərəzi - ətrafınızdakı vurnuxma və qarışıqlığa rəğmən sakitliyinizi qoruyub saxlayırsınız. Bu, diqqət və səliqə tələb olunan işlərdə müvəffəqiyyət qazanmağınıza imkan yaradır. Həmfikirlərinizlə aranızda fikir ayrılığı yarana bilər, ancaq haqlı olduğunuza dair sanballı dəlillər tapacaqsınız.
Başqalarının günahı üzündən pozulmuş istənilən cür münasibətləri bərpa etməyin tam zamanıdır. Müdrik və təcrübəli insanların məsləhətlərini dinləyin. O zaman başqalarının səhvlərini təkrarlamazsınız.
Əqrəb - gün gözlənilməzliklərlə doludur. Bu, sizi çox sevindirəcək. Baş verən hadisələr həyata baxışınızı və planlarınızı dəyişməyə sizi vadar edəcək. Yeni başlayacağınız layihə qarşınızda yeni peşəkar perspektivlər açacaq.
Romantik münasibətlərin inkişafını öz üzərinizə götürün: indi təşəbbüs göstərmək, əvvəllər cəsarət etmədiklərinizi etmək lazımdır. Risk etməkdən qorxmayın.
Oxatan - diqqətinizi gördüyünüz işə yönəltsəniz, emosiyaları bir kənara qoyaraq ağlınıza güvənsəniz, gününüz əla keçəcək. Əhvalınız dəyişkən, arzularınız isə təzadlıdır. Zəifliklərinizə sinə gərin: qətiyyətiniz və məqsədyönlülüyünüzə görə peşman olmayacaqsınız.
Səfərlər üçün münasib gündür, şərait dəyişikliyi faydalı olacaq. Yeni tanışlıqlar qura bilərsiniz, ancaq diqqətli olun: təəssüf ki, bu gün sizə can atanlar arasında layiqlilərin sayı çox azdır.
Oğlaq - həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.
Dolça - Çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan verəcək.
Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər.
Balıqlar - xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı münaqişələri həll edə bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda, davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq
XƏBƏR LENTİ
Bu qəribə yeməklərdən xəbəriniz var?
Adel pərəstişkarlarını məyus etdi
Xoşbəxtlik gətirən qidalar
BÜRCLƏR bizə nə vəd edir?-26 yanvar
Artur Rasizadə qanunu dəyişdi
Valideynlərin davranış xətaları
Mervenin sirri məlum oldu-FOTO
Göy qutabı və ətli qatlama (müəllif: AZS və emilya86)
McLaren yeni sirr açır
Yayla bağlı ilkin HAVA PROQNOZU
Bakıdan İrəvana sərt cavab
Rihannadan yeni FOTOsessiya
Paşinyan indi də Gürcüstan ərazisinə göz dikir - VİDEO
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma
Kreativ mebellər (2-ci hissə)
Berrak yeni ili yeni evində qarşılayacaq-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Mixail Qurfinkel: "V Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvəti məmnuniyyətlə qəbul etdim"
"Time 100" Qırmızı Xalça
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Günün ulduz falı
Şeyma bikinili FOTOlar paylaşmağa davam edir
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Avtobusların marşrutu dəyişir
HAVA necə olacaq? 10 İyul
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Qazaxıstana naməlum obyekt düşdü - FOTO
COVİD-19-dan sağalanlar və donor olmaq istəyənlər hara müraciət etsin?
Yeni il gecəsi üçün don toxuyaq
Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur
Üzdəki ləkələri yox edən 4 maska
"Qəbələ" "İnter"ə qarşı
Messinin ən böyük arzusu
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Serialların dillər əzbəri olan sevgiləri
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
"Azərbaycan donor ölkə statusu qazanıb"
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Körpələrin zəkasını inkişaf etdirən vərdişlər
Mustafa Sandalı Şikayət etdilər-SƏBƏB-VİDEO
Sarımsaqlı plov (foto resept)
Yeni il üçün peçenye(foto resept)
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Swatch saatları
HAVA necə olacaq?-12 APREL
Gün ərzində xoşbəxtliyi necə tapmalı?