2011-ci ilin iyunundan qəbul edilən, 2012-ci ilin yanvarından rəsmən qüvvəyə minən və indiyədək icra olunmamış qalan "İcbari sığortalar haqqında" Qanunun daşınmaz əmlakla bağlı müddəaları 2020-ci ilin yanvarından etibarən cəza mexanizmləri ilə işə düşəcək.
Belə ki, yeni ildən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək. Yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək, üstəlik bu cərimə mexanizmi təxminən avtomobillərin məcburi sığortasından yayınmaya görə tətbiq edilən mexanizmi xatırladır. Bu məsələ hazırda sosial şəbəkələrdə müzakirə olunmaqdadır.
Bakıda evi olan 50 manat, regionlarda 30 manat...
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq və bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək.
Daşınmaz əmlaka görə bir illik sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır
Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir.
Ödəməyəni cərimə gözləyəcək
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.
Bəs səkkiz il əvvəl qanunvericilik bazası formalaşmış daşınmaz əmlakın sığortası haqqında qanunun tətbiqi niyə ləngiyib? Əmlak sığortasını ödəmək niyə könüllü yox, məcburi xarakter daşıyır? Bu prosesdə qazananlar kimlər olacaq?
Daşınmaz əmlak eksperti Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, beynəlxalq təcrübə ilə yanaşsaq, bu proses könüllü olmalı idi. Amma Azərbaycan hökuməti hesab edir ki, könüllü əmlak sığortasını həyata keçirmək çətin ola bilər və bu mənada daha optimal varant kimi bu məslənin üzərində dayanıblar
"Heç olmasa cərimə məsələsində yumşaq variant seçilməliydi..."
"Hökumətin qərarına görə, yalnız cərimə tətbiqi ilə əhalini bu məsələyə yönəltmək mümkün olacaq. Amma hesab edirəm ki, cərimələrin müddəti olduqca qısadır. Avtomobillərin icbari sığortasında olduğu kimi vətəndaş 20 gün ərzində sığorta olunmursa, cərimə tətbiqinə başlanılır. Əslində belə olmamalıdır, bir optimal variant tapılmalıdır. Əhalini sığortaya cəlb etmək üçün icbari yol seçilsə də, cərimələnmə məsələsində heç olmasa, bir az loyal variant seçilməli idi. Təəssüf ki, qərar bu şəkildədir. Yəqin ki, ilin birinci rübündə məsələnin nə qədər optimal olması müəyyənləşəcək", - ekspert deyib.
R. Osmanlının fikrincə, qanunun daşınmaz əmlakla bağlı müddəalarının bu vaxta qədər gecikməsi Azərbaycanda əmlakın qeydiyyatının tam olaraq başa çatmaması ilə bağlıdır: "Preidentin çoxmənzilli binalarda əmlakın istismara qəbulu ilə bağlı fərmanı var. O prosesin icrası həyata keçirilir, gələn ildən isə sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması prosesinin başlanacağı gözlənilir. Əslində bu proses tam bitəndən sonra bu məsələni qabartmaq düzgün olardı. Növbəti ildə bu barədə fikir söyləmək mümkün olacaq".
Sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılır
Əgər bu mexanizm işə düşsə və daşınmaz əmlakı olanlar öz əmlaklarını məcburən sığorta etdirsə o zaman sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılmış olur. Doğrudur, hələlik bu gəlirlərin və daşınmaz əmlakdan məcburi sığorta yığımlarının həcminin nə qədər ola biləcəyini hesablamayıblar.
Sığorta şirkətilərinin bu biznesdən nə qədər qazana biləcəyi haqda danışan ekspert hesab edir ki, hazırda yaşayış fondu ilə bağlı statistik rəqəmlər də dəqiq deyil. İlin sonunda Statsistika Komitəsi bu barədə rəsmi rəqəmləri açıqladıqdan sonra yığımla bağlı dəqiq rəqəm söyləmək olar.
Cərimə tətbiqini həyata keçirəcək İcbari Sığorta Bürosundan isə prosesin niyə məcburi xarakter daşımasına cavab olaraq bildirdilər ki, bu məsələ qanunla müəyyənləşir.
"İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qəbul olunub. Bu məsələ indiyədək insanların öz öhdəsinə buraxılmışdı. Lakin daşınmaz əmlakını sığorta edənlərin faizi az idi. Ona görə də, 2020-ci ildən nəzərdə tutulub ki cərimə mexanizminə başlanılsın,əhali bu prosesdə aktivləşdirilsin", - İcbari Sığorta Bürosunun əməkdaşı Zaman Zahirzadə virtualaz.org-a bildirib
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı