Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yaşıllığa qərq olmuşdur. Əsasən dağlıq relyefə malik olan bu rayonun ən uca nöqtəsi Babadağdır (3629 metr). Rayondakı meşələrin ümumi sahəsi 66799 hektardır.
İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı), ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir.Rayonun ərazisi 2074 kv.km-dir.
Rayon ərazisinin zəngin tarixi keçmişi vardır. Burada olan tarixi abidələr və keçmişimizə aid tapılan çox saylı maddi-mədəniyyət nümunələri İsmayıllının Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Rayonun ərazisi qədim tarixi abidələrlə zəngindir və əksəriyyəti Albaniya tarixinə aid hesab olunur. VII əsrə aid olan Talıstan kəndinin yaxınlığında yerləşən Cavanşir qalası məşhur alban sərkərdəsi və görkəmli hökmdarı olan Cavanşirin (642-681) adı ilə bağlıdır. Xanagah kəndi yaxınlığında yerləşən Qız qalası VII əsr abidələrindəndir. Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Sulut kəndi yaxınlığında Haram qalası, Buzxana, Qırxotaq, Lahıc yaxınlığında Niyal qalası tarixinin bir çox sirlərini özündə saxlayır. Lahıc və Basqal qəsəbələri bu gün də orta əsr şəhəri nümunələri kimi əsl muzeydir.
Lahıc 1980-cı ildə muzey qoruğa çevrilmişdir. İsmayıllıda istirahətə üstünlük verən yerli və xarici turistlər Lahıcı görməyə can atır. Burada qədim sənətkarlıq nümunələri öz əhəmiyyətini qoruyub saxlayır.
Basqal dörd bir tərəfdən dağlarla əhatə olunmuş,gözəl təbiəti,təmiz havası,dumduru bulaqları olan bir məkandır. Bir növ Bakının İçərişəhərini xatırladan Basqalın səliqəli, təmiz küçələrinə heyranlıqla tamaşa etməmək mümkün deyildir.Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.
XƏBƏR LENTİ
"Terrorun dini yoxdur"
Qeyri-adi görünüşlü metro qatarı
Ermənistan ordusu iki istiqamətdə atəşkəsi pozub
Bakı avtobusları: diqqətsizlik, yoxsa məsuliyyətsizlik?
HAVA necə olacaq?
Bred Pitt Ancelinadan sonra onunla barışdı-FOTO
Qarabağ qazilərinin statusu yüksəlir
Gözəlliyin sadə sirləri
Körpənizi geyindirərkən bunlara diqqət edin!
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
Müsəlmanlar üçün halal turizm nə deməkdir?
Xanımlar üçün avtomobillər
Yeni saç çıxaran saç maskası
Evdə təbii miselyar suyunu necə hazırlamalı?
Məşhur astrofizikdən dəhşətli PROQNOZ: "100 il içində Yerdən getməliyik"
Tanrımın hədiyyəsi...
Özge Gürel yeni filmdə
42 dərəcə istilərə hazır olun
"Ulu öndər Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir"
Bu vətəndaşlar cərimələnəcəklər - VİDEO - FOTO
Nazir yarmarkaya gəldi
Qocalmanı ləngidən və sürətləndirən qidalar
Şahzadə təcili yardımda işləyəcək
Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır
İdmançılarımız qayıtdılar
Səcdə zamanı burun da yerə dəyməlidirmi?
Əhaliyə xəbərdarlıq
Məzahir Pənahov: "Azərbaycan seçiciləri bu gün keçirilən seçkilərdə öz fəallığını nümayiş etdirəcəklər"
Günün ulduz falı - 24.08.2013
Üç ölçülü rəsmlər
WhatsApp-da yeni məhdudiyyət
Hamilə yastıqları
Ətrafındakı gözəlliyi görə bilirsənmi?
Unutqanlığın qarşısını alan məşqlər
Azərbaycanda ödəmə terminallarında bank kartlarından istifadə mümkün olacaq
Payız fəslinin ən aktual rəngləri
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
"Qızılgül" tortu (foto resept)
İlham Əliyev və xanımı ulu öndərin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər
Çəkmələri xəyal gücü ilə bəzəyək
Hava necə olacaq?
Amber yeni paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”
İdmanda ən nəhəng sərmayə
Dahiləri toppuş xanımlar dünyaya gətirirlər
Tramp ailəsinin növbəti sirri məlum oldu
Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Balıq soyutması (foto resept)
Prezident və xanımı parkda - FOTO
- ŞƏRHLƏR