Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.
Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir.
Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu
XƏBƏR LENTİ
Uşaqlar üçün tort nümunələri
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanlılar Avropaya nə vaxt vizasız gedəcək? - AÇIQLAMA
Kitab 43 ildən sonra kitabxanaya qaytarıldı
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Münasibəti korlayan və möhkəmlədən ifadələr
Biliyini yoxla (2)
Sürücülərin işi asanlaşdı
Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
WhatsApp-dan daha bir yenilik
2012-ci ilin bilərzikləri
Tərləyərək arıqlamağa çalışırsınızsa...
Haydi Klum gəncliyinin sirrini bölüşdü
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Bu gün bir neçə rayon susuz qalacaq - FOTO
Elvis Presli sağdır - İDDİA
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyədə REKORD QIRDI
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirildi
Görənləri şoka salır - Bu nədir?
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Trend: İpli Çəkmələr
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Bu kəşf alimləri qorxutdu
Uşaq yatarkən mübahisə etməyin!
Peşman olduğunuzu düşünmüsünüzmü?
iPad mini-də Retina olacaq
Balla gözəlləşin
Ərgin pendirin zərərləri AŞKARLANDI
Bu şəxslər işə getməsələr də, maaş alacaqlar
Sevdasınız,yoxsa Afət?
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
2014-cü ilin ziyafət geyimləri
Millət vəkili xəyanətdən yazdı
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
İrina Şeyk qızı ilə gəzintidə - FOTO
Azərbaycanin iri enerji obyektində qışa hazılıq başa çatıb
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Ceniferin çəkildiyi film məhkəməlik oldu-SƏBƏB
Dərimiz niyə quruyur?
Metal yeyən bakteriya kəşf edildi
Kəs və yapışdır-4
Uşaq ayaqqabıları (2)
Günün ulduz falı - 04.09.2013
- ŞƏRHLƏR