Bakıda və Abşeron yarımadasında dekabrın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 1-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 30-31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 31-də əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 1-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
2018 gəlinlik kolleksiyası
Qızıl və platin iPhone istəyirsiniz?
Disney qəhrəmanlarının real həyatda oxşarları
Şaftalı
Hər il Zəfər Günü iş olmayacaq - VİDEO
CCleaner
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi
İnsan sifətli donuz balası görənləri dəhşətə gətirdi – VİDEO
Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Baş Prokurorluqdan sayt rəhbərlərinə xəbərdarlıq
İstismar müddətini başa vuran avtobuslar yığışdırılır
Uşaqların sosial-psixoloji inkişafı-6
WhatsApp-da dostları izləmək mümkün olacaq
Ermənilər ruslara qarşı kütləvi etiraz aksiyalarına start verdi
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Qadınların nəzərinə: bu hiylələrlə daha gözəl görünün
Gül bayramı
Pentaqon hicaba azadlıq verdi
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
Tənbəl heyvanlar
Metroda Əmrahı görüb TƏƏCCÜBLƏNDİLƏR-FOTO
Kokoslu keks (foto resept)
Girovlarımız bu gün azad ola bilər
İnternetdə onlar ingilis dilində danışırlar
Qadın idmançımız Avropa çempionatının finalında
Ermənistan güzgüyə baxsın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mickey Mouse
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
İdmançılarımızla bağlı daha bir qalmaqal
Sinoptiklər istirahət gününə nə vəd edirlər?
Saxsı qabda mal əti şorbası (foto resept)
Saç dərisi baxımı üçün 3 tövsiyə
Bakıda qeyri-adi bəy-gəlin - Maşınlarını saxladıb, bazarlıq etdilər
Bakıda içməli suyun verilməsində fasilələr olacaq
Kəs və yapışdır-29
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Qurban bayramı TÖVSİYƏSİ
Bakıda zəhərli balıq satılır!
Dekorativ qidalar - foto
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
“Zeytun Bağları" – Fayda və dad qovuşanda!
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
2015-ci ilin Ford Mustang-ı satıldı
Bu mahnı "Youtube"da REKORD QIRDI - VİDEO
Azərbaycanda bu bankların bütün səlahiyyətləri alındı
Hamilə olmaq şansını necə artıraq?