Azərbaycanda quru süddən hazırlanmış məhsulların süd məhsulu kimi satılmasına qadağanın qoyulması, quru və təbii süddən hazırlanmış məhsulların bir-birindən ciddi şəkildə fərqləndirilməsi təklif edilib.
Qadin.Net xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev trend-ə bildirib ki, Gürcüstanda qanunvericliiyə edilən yeni dəyişikliyə əsasən, ölkədə təbii süd tərkibli olmayan məhsulların süd məhsulu kimi, başqa sözlə quru süddən hazırlanmış məhsulların yağ, pendir və s. adı ilə satılmasına qadağa qoyulub.
Azərbaycanda da belə bir qadağanın qoyulmasını çox vacib sayan M.Quliyev bildirib ki, bu gün ölkədə 70-80 faiz halda süd məhsullarının üzərində onun quru, yaxud təbii süddən hazırlanması barədə məlumat qeyd edilmir.
Azərbaycanda süd məhsullarının - pendir, süzmə, şor, kəsmik və sair məhsulların keyfiyyətinin xeyli aşağı olduğunu deyən deputat hesab edir ki, qanunvericilikdə bu məsələyə baxılmalıdır: "Prezidentin sərəncamı ilə Nazirlər Kabinetinə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə göstəriş verilib. Hesab edirəm ki, bizdə də bu məsələyə baxılmalı və təbii süddən hazırlanan məhsullarla quru süddən hazırlanan məhsulların arasında ciddi fərq qoyulmalıdır. Məhsulların üzərində mütləq yazılmalıdır ki, o, quru, yaxud təbii süddən hazırlanıb".
M.Quliyev deyib ki, məhsulun üzərində onun nədən hazırlanması ilə bağlı məlumat görünən yerdə və asanlıqla oxuna biləcək şəkildə yazılmalıdır.
Deputatın sözlərinə görə, belə bir dəyişiklik olarsa, quru və təbii süddən hazırlanmış məhsulların qiymətlərində və keyfiyyətlərində fərqlər olacaq.
O əlavə edib ki, qanunvericiliyə belə bir dəyişikliyin edilməsi istehlakçının hüquqlarının qorunmasında çox ciddi addım ola bilər: "Quru süddən hazırlanmış məhsulla təbii süddən hazırlanmış məhsulun keyfiyyəti fərqli olur. Təbii süddən hazırlanan məhsulun tərkibində canlı bakteriyalar var. Onlar 1, uzağı 2 həftəyə xarab olur, hazırlanan kimi də istehlaka getməlidir. Quru süddən hazırlanan məhsul isə demək olar ki, ölü məhsuldur. Belə süd məhsullarına istifadə müddətini 6 ay, 1 il qoyurlar. Təbii ki, belə məhsullar o qədər keyfiyyətli də deyil. Amma buna baxmayaraq, belə məhsullar təbii süddən hazırlanan məhsul adı ilə satılır. Müştərilər müəyyənləşdirə bilmirlər ki, bu, təbii, yoxsa quru süddən hazırlanıb? Quru südü ölkəyə çox ucuz qiymətə gətirib, burada onu təbii süd kimi məhsul hazırlayıb satırlar. Bunun da nəticəsində heyvandarlıq qeyri-rentabellli bir sahəyə çevrilib. Məhsul çeşidlənərsə, onun üzərində nədən hazırlandığı qeyd edilərsə, bu, həm müştəri məmnuniyyətinə xidmət edər, həm də təbii süd istehsalının artması üçün bir stimul ola bilər".
XƏBƏR LENTİ
Ən gülməli heyvanlar
Ukrayna ordusu daha 3 yaşayış məntəqəsini azad edib
Güləşçimiz bürünc medal qazandı
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Hormonal dərmanlar mədəni yıxır
Ağ pizza (foto resept)
Azərbaycan Türkiyə mediasının gündəmində
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Bakıdadır
İstirahət günü Azərbaycanda çimərlik havası olacaq
Koronavirusu qəsdən yayan adam öldü
1000 manat istəyənlərin nəzərinə
Mənə namaz necə nəsib oldu
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Bu gün 36.613 şagird imtahan verəcək
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Kəsmikli gül peçenyesi (foto resept)
Priyanka Çopra “Matrix 4”də çəkiləcək
Sizcə insanlari ikiüzlü olmağa nə vadar edir?
Gözəllik üçün sağlamlığından olanlar
Azərbaycanın rəy və təklifləri BMT baş katibinin hesabatına daxil edildi
Sabahın HAVASI
Sağlam böyüməyinə kömək edin
Qadın şəkilli dollar...
Pəhriz üçün möcüzəvi qidalar
İşğaldan azad olunmuş ərazilərin əhalisinin sayı açıqlanıb
Azərbaycanda qar yağacaq
Bu günün hava proqnozu
Ancelina Colidən qorxulu etiraf
Gəncədə reyd keçirilib
Gürcüstanda üç soydaşımız ölkə parlamentinə seçildi
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Leyla Əliyeva Venesiyada
Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
Əfsanəvi maşın geri qayıdır
Bakıdan erməni əsilli Rusiya vətəndaşları ilə bağlı sərt RƏSMİ CAVAB
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
Şəkərbura (foto-resept)
Bakı metrosunun kart sistemində yenilik
Bu qida C vitamini mənbəyidir
Ronaldo Evləndi-FOTO
Günün qoroskopu:Vədlərinizi yerinə yetirin!
Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi
Bunlar uşaqlarınızın inkişafını ləngidir
"Red Bull" pilotu: "Bakı şəhər trasında 350 km/saat sürət yığmaq mümkündür"
Can Yamanın şəxsi həyatı yenidən gündəm oldu-FOTO
Toyuqla şəkil paylaşdı - hamı güldü
"Qanlı Ay" tutulmasından FOTOlar
Sezonun trendi: Albalı
Günün ulduz falı
Piylənmənin faydası da var imiş - Alimlərin yeni kəşfi