Ata-ananın uşağına verə biləcəyi ən qiymətli hiss güvən hissidir. Əgər uşaq valideylərindən güvən hissini doya-doya ala bilirsə, öz kollektivindən güvən hissini ala bilirsə, şiddətə məruz qalmırsa, “dərsini niyə etməmisən? sənin kimi tənbəl uşaq heç görmədim”, “sənin kimi uşaqdansa heç uşağım olmayaydı kaş” valideynlər bu tipli uşağın duyğusuna xitab edilən cümlələr işlətmədikcə, şiddət görmədən, uşaq olduğu halı ilə evin içərsində qəbul edilirsə, o evin içərsində uşaq xoşbəxtdirsə, anasından əmindirsə o uşaqda güvən problemi olmaz.
Uşaq nəyə görə anasından əmin olmalıdır? Anasının onu döyməyəcəyindən, onu söyməyəcəyindən, onu təhqir etməyəcəyindən əmin olmalıdır.
Çox təəssüflər olsun ki, bəzi anaların tez-tez istifadə etdikləri yol şiddətdir. Uşaq hər dəfə səhv etdikcə onu döyən, söyən, təhqir edən anası vardır. Məsələn, 30 yaşlı bir ana 4 yaşlı uşağına şiddət yaşadır. Nə üçün yaşadır bu şiddəti? Uşaq onun dediyinə əməl etmədi deyə. Halbuki uşaq 3 ildir ki, dünyaya gəlib. Uşağa imkan vermir ki, dünyanı tanısın. Ananın dediyi qaşığı sağa qoy, uşağın etdiyi qaşığı sola qoymaq, ana uşağa gəl deyir, uşaqsa gəlmir. Anaların “uşaq mənə qulaq asmır, sözümü uşağa keçirə bilmirəm” deyərək yumruqlarını sıxaraq uşağın üstünə gedərkən uşağın içində ata-anaya qarşı olan güvən hissi itib yox olur… Hələ uşaq nəyin yaxşı, nəyin pis olduğunu anlamağı dövrdə ata-ana dişlərini sıxmış halda uşağın üstünə gedib onu yiyəcəkmiş kimi təzyiq göstərirsə… Bu vəziyyətdə hansı uşaqdaki güvən hissinin olduğundan danışa bilərik…
Halbuki sağlam ruha sahib olan bir uşağın içində daşıyacağı ən önəmli hissdir güvən hissi… Ata-analar içlərində olan bir eqoya sahib çıxa bilmədikləri üçün, uşaq onların sözünü yerinə yetirməməsi qarşısında öz aqressivliklərini uşağın üzərində çıxartmasından əlaqədar olaraq uşaqların onlara qarşı güvən hissi itmiş olur. Yaxud qonaqlıqda uşaq əlindəki stəkanı yerə salıb sındırdı deyə ana qışqırtı ilə “çolaqsan niyə əlindəkini yerə saldın” deməklə hamının yanında uşağın qürurunu sındırmış olur. Uşaq da içində deyir ki, “mənim anam budur, etdiyim hər səhvə görə həmişə məni əzdirən, Allah məni niyə bu anaya göndərmiş deyər”…
Belə ananın əlində pərişan hisslər keçirər uşaq. Halbuki o, yeriməyi, oturmağı, danışmağı, əşyalarla necə rəftar edilməsini- stəkanı tutmağı yeni öyrənən dövrdə ona qarşı düzgün rəftar etməyi bilməyən bir ananın övladıdır. Səhv etməyə imkan verməyən bir ananın övladıdır. İnsanların içərsində onu alçaldan bir ananın övladıdır. Onun ruhunu görməyən bir ananın övladıdır. Bu vəziyyətdə uşaq nə edər? Özünü qorumağa çalışar. Ona qarşı bir söz deyənin cavabını verər, valideynləri ilə tərs danışar, onlara əsəbləşməyə başlayar. Bu da uşağın özünü qorumaq üçün istifadə etdiyi yollardır. Kimdən qorumaq üçün? Ata və anasından...
Əziz valideynlər, uşağınızı tərbiyə etməzdən əvvəl birinci özünüzü tərbiyə edin. Onsuzda uşağınız sizin açdığınız cığırın ardınca gedəcəkdir. Əvvəlcə, güzgüyə baxın, səhvlərinizi görməyə çalışın, özünüzü uşağın yerinə qoyun, sizə belə rəftar edəcək ata-anaya necə münasibət bəsləyərdiniz? Belə hərəkətlərinizlə uşağınızda dərin izlər, məsafələr buraxmayın. Uşaqlarınızı olduğu kimi qəbul edin, başqası olmasını istəməyin. Uşağınızın ruhuna diqqət edin. Uşaq böyütmək demək onun saçlarını daramaq, onun qarnını doyuzdurmaq demək deyildir… Uşağın ruhuna da arada baxın… O parçalanmış ruhuna çarə axtarın…
Əminə İsrafilzadə
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Cennifer Lopez toyqabağı XƏYANƏTlə üzləşdi-FOTO
1474 müəllim müsabiqə ilə işə qəbul olunub
Məşhur aktyora 17 illik həbs cəzası
Oktyabrın ilk həftəsi HAVA necə olacaq?
Günün ulduz falı - 12.03.2014
Rəngarəng çantalar
Xəttiniz xarakterinizdən xəbər verir
Cəbhədə son vəziyyət
İnstaqramda trendə çevrilən geyimlər
6 il sonra Marsdan ilk FOTO
Qeybət savabları poza bilər
Telefonu şarj etmək və batareyanın ömrünü uzatmaq üçün tövsiyə
Salfet üzuklərinin hazırlanma qaydası
Sabahın HAVAsı
HAVA necə olacaq?- 15 fevral
Günün qoroskopu: Məqsədli olun!
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər
Əqrəb və Dolça bürcü uyğunluğu
Dünyanın ən bahalı dərmanları - 1 MİLYONLUQ preparat - FOTO
Marqanisin yoxa çıxmasının SƏBƏBİ
İsrailin Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunması üçün qaldırılan iddianı rədd etdi
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
700 bal toplayanlardan 5-i qızıl medal aldı
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin açılışında iştirak ediblər
Koronavirusdan sağalan Bəhram Bağırzadə məşq görüntülərini paylaşdı - VİDEO
İşləyən qadınlar üçün asan saç modelləri
Gigi Hadid ilk dəfə hamiləlik şəkillərini paylaşdı
İlham Əliyev Pedro Aqramuntla görüşdü
"Blinçik"(foto-resept)
İtlər maşına divan tutdular
V-forma gövdə əldə eləmək üçün 5 effektiv idman
Kabaklı kotletlər (foto resept)
Pendirli-şokoladlı tort (foto resept)
Yağ yandırmağa kömək edən detoks
Pendirli şam ağacları (foto resept)
3 ölkədən mühüm bəyannamə
Hamamdakı sarı ləkələri necə təmizləməli?
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Kələm salatı (foto resept)
Yağın təzə olduğunu necə bilək?
Bu səhnə bəşəriyyəti çox utandıracaq-video
“Qarabağ” klubların reytinq siyahısında geriləyib
Anar Eyvazov: “Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir”
Bəzi sabunların faydaları (2-ci hissə)
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Badambura (foto resept)
Ətli toplar (foto resept)
Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi