Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:
"Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir".
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb.
2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.
Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Milli.Az
XƏBƏR LENTİ
Pendirli, yulaflı çubuq(foto resept)
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
Bu ata və qızı dünya tanıyır
Tarixin ağ ləkələri-Qədim coğrafi xəritələrin sirri
Cins şalvarlar necə yuyulmalıdır?
Azərbaycanda Dövlət Bayrağı günüdür
Toya hazırlaşan xanımlarımız üçün avatarlar
Kəsmikli maffinlər (foto resept)
Ekspert: “Hazırda orta məktəblərdə şagirdlərin vaxt potensialının 40 faizi boş qalır”
Yaşıl çayla gözəlləşmək
Yayda hamiləlik dövrünü rahat keçirmək üçün..
BDU-nun tələbəsi “Moskva merinin təqaüdü”nə layiq görüldü - FOTO
Prezident ailəsi ilə Yel çərşənbəsini belə qeyd etdi - FOTO
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Bu günün hava proqnozu
Hazal Kayanın HAMİLƏLİK xəbərləri yayıldı
Meqan Marklın atası qızı haqda elə sözlər dedi ki… -FOTO
“Tesla” dünyanın ən böyük akkumulyatorunu yaradacaq
Həzi Aslanovun xatirə mərasimi keçirildi
Ticarət mərkəzinə hücum: 15 ölü
Babet geyənlərə böyük təhlükə!
Cenifer Lopezdən stil dərsləri
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Cəbhədən son xəbər
Prezident Şəkinin "Marxal"ında
Qadınlar niyə aldadılır?
Həcc ziyarətini 1000 kamera izləyəcək
Hamilələrdə doğuş qorxusu
Beren Saat Kənanı təbrik etdi-FOTO
Riyazi məntiq - 5 (rəsmli)
Cardi B-nin villası qiyməti ilə diqqət çəkdi
Üçqulaq (foto resept)
Malların saxlanma şəraitinə diqqət edin!
Hicablı gəlinlər üçün baş örtükləri
Test -Detoksa ehtiyacınız var?
Bədbəxt və bir o qədər də xoşbəxt: Fineas Qeydc
Milli Televiziya və Radio Şurasının yeni sədri məlum oldu
Ayın ən çox satılan kitabları-SİYAHI
Soyuqdəyməyə qarşı "şorba" (foto-resept)
İbrət götürməli olduğumuz kəlamlar
Gəlinlərlə qaynanalar niyə yola getmir?
Mürəkkəb ləkəsi necə çıxar?
Dəhşətli 23 dekabr PROQNOZU: yad planetdən gələn virus və Yerin məhvi - Alim AÇIQLADI
Bu tarixlərdə qatarlar bir istiqamət üzrə fəaliyyət göstərəcək
Vaxt bitdi, sabah seçkidir
Uzunömürlülər muzeyi
Zeytun piylənmənin qarşısını alır
Sevgi ilə böyüdək
Gəbələk şorbası
Arda və xanımı doğumdan sonra ilk dəfə-FOTO