Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir:
Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Qurudulmuş alma nəfəs darlığı və ürək xəstəliklərinə qarşı qoruyucu əhəmiyyətə malikdir. Bədəndən zəhərli maddələrin xaric edilməsinə kömək olur. Lifli olduğu üçün bağırsaqları təmizləyir. Qaraciyərindən şikayət edənlər, revmatizması olanlar və hətta şəkər xəstələri belə, quru almadan faydalana bilərlər. Alma sakitləşdirici, yuxuvericidir və baş ağrılarına da yaxşı təsir göstərir. Kiçik hisələrə bölünmüş almaları qabığıyla qaynadaraq, üzərinə limon, portağal, darçın əlavə edib çay kimi də içmək faydalıdır.
Azərbaycanda isə Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən Frazer layihəsi çərçivəsində Fransadan introduksiya olunmuş müxtəlif alma, gilas və armud sortlarının virussuz tingliyi salınmışdır. Bu gün Qrani Smit ( Granny Smith), Fuci (Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı göz oxşayır. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir. Rayonun əsas almaçılıq kəndi kimi I və II Nügədi kəndləri daha çox tanınır.
Müşfiq
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Süd qaymağının dəriyə faydası
Dünyanın ən gözəl qadını
İkiqat qohumluğa ehtiyac varmı?
Qızardılmış kartof ruleti(foto resept)
Modern çilçıraq modelləri
İnsan bədəni qüsursuzdur
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Ermənistanda güclü zəlzələ
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
HAVA necə olacaq?
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Toxunma əl işləri
Dodaq ətrafı qırışları necə yox etməli?
Yeganə boşanmadığını belə sübut etdi
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Zehni pəhriz nədir?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Dünyada nüvə müharibəsinin anonsu verildi
Bu tapıntı alimləri heyran qoydu
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Yağış yağacaq
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Koronavirusla bağlı son STATİSTİKA
Platforma ayaqqabılar
Ofis işçilərinin xəstəliyi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
“Wi-Fi” şüası zərərlidirmi?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Hər 40 saniyədə bir nəfər intihar edir
Payız və qış gəlinləri üçün saç modelləri
Arzular şəhəri "London"
Kişilərin "paxmel"i: nə etməli?
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Rusiyaya qarşı yeni sanksiyalar
Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi
Kakaolu şirniyyat (foto-resept)
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Heydər Əliyev tərxis olundu - FOTO
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Ana qarğışı
Banan maskası
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Saduların dəhşətli vərdişləri
- ŞƏRHLƏR