İnsanlar da pul kimidir… Funksiyaları var… Pula çevrilib bəzi insanlar… Pul əlində çox olduqca, pul funksiyalarını daşıyır onlar…
Pulla bu həyatda az qala hər şeyi almaq olar… Pula satılır… Bəzi insanlar belə pula satılır…
Xoşbəxtliyini də pulla ala bilərsən… Sağlamlığını da…
Pulun olmayanda xoşbəxt ola bilmirsən, pulla satılanları ala bilmirsən deyə… Ac qarnına xoşbəxtlik olacaq qida?Əsla!
Pulsuz olsan, sağlamlığın da, gedər əlindən… Pulsuz səni nə müayinə edərlər, nə müalicə, nə də cərrahiyyə əməliyyatına salıb, qurtararlar həyatını, pulsuz ölümə məhkumsan, xəstəsənsə…
Pulla sevgini də almaq olur… Az olub məgər pula görə sevənlər, ailə quranlar, pula görə boşanan, ailəsini atanlar? Hətta balaca uşaqlarını da pulla ala bilərsən… Onlar belə əlinə baxırlar ki, nə almısan?
Pulun başqa forması rüşvət, hörmətdir, bir də ki, can rahatlığıdır…
Nə qədər çox olarsa, o qədər sənə də tələb çoxalacaq…
Pulun olduqca, ağlını gərək itirməyəsən… Gözə də gəlməyəsən… Gözə gəldinsə, paxılların, tozsoran tozu soyuran kimi səni soyuracaq, aldadıb, pulunu əlindən alıb, havaya sovuracaq insanların, qeybətini edənlərin, şər-böhtanların, söz-söhbətlərin qurbanına çevrilmək üçün pulunu, özünü gözə soxmayasan gərək…
Susmağı öyrən… İşin, maaşın, digər qanuni gəlir mənbələrin haqqında danışma… Əsl insan kimi bu həyatı yaşamağı öyrən…
Pul sənə hörmət, şöhrət, uğur, sevgi və daha çox pul gətirər…
Pul sənə bilik və təcrübə də verər…
Pulla alarsan təhsilini, pulla düzələrsən işə…
İşlədikcə, pulunu çıxartmağa çalışarsan… Çox pul qazandıqca, daha çox pul qazanmaq istəyərsən…
Pulla növbəti işə düzələrsən…
Çox pulun olduqca, itirərsən bank hesabındakı məbləğini, depozit seyflərindəki dəyərliləri, ev, mülklərinin sayını…
Pulun çox olduqca, özünü də itirə bilərsən zamanla…
Pul kimi cansız olarsan zamanla…
Pul kimi sənin də funksiyan olar…
Səni də puluna görə dəyərə mindirirlər, dəyəri ölçürsən, dəyəri ölçmək üçün bir vasitəyə çevrilirsən… Dəyərin olduqca, dəyərsizləşirsən… Yeni dəyər meyarı çıxana qədər…
Pul kimi sən də ödəniş vasitəsisən… Kiminsə yerinə borc, kredit ödəmək, kiminsə üçün nəsə aldıqda, ödəniş etmək, kiminsə xərclərini qarşılamaq, adından istifadə edilmək kimi hallarla rastlaşarsan…
Kimsə adından istifadə edər, adın vizit kartına çevrilər sanki…
Qazandığın pulun bir zaman əvəzini ödəyəcəksən, baha başa gələcək bu ödəniş sənə…Altından çıxa bilməzsən bəzən…
Pul kimi səni də dövriyyəyə buraxarlar, yarınmalı olacaqsan, yarınmadığın adam qalmayacaq, dövriyyədə olduqca, yorulursan, gündəmdə olan pul kimi yüz əl, sima görürsən, məkan və zamanlar dəyişir, dövriyyədə çox olduqca, yararsız hala düşürsən, dəyərdən düşürsən, ya dövriyyədən çıxarılırsan, ya da yeni pul ilə əvəz edirlər səni… Ya da özün yeni pula çevrilirsən, dəyişilirsən…
Pul kimi yığım vasitəsisən… Sənin ətrafına yığılırlar, ya sən yığırsan ətrafına, ya sən kiminsə ətrafına yığılırsan… Kimin üçün sən əmanət olursan, kimin üçün borc, kimin üçün aktiv, kimin üçün passiv-öhdəlik…
O qədər yığırlar ki, sən boğulursan çoxluqdan, daralır yerin, yığılırsan boğaza…
Pul kimi sən də dünyaviləşirsən, sosiallaşırsan, məşhurlaşırsan, bazarda tələb və təklifi formalaşdırırsan… Tələb artdıqca sənə, olursan gündəmdə, qaldırırsan qiymətini… Tələb azaldıqca, gündəmdən düşürsən, dəyər-dəyməzinə satırsan özünü… Ya da üzürsən… Üzdükcə, üzülürsən… Üzməyi bacarmadığın halda, boğulub ölürsən…
Pul kimi sən də təminat qismində çıxış edirsən… Kiməsə zamin olursan, kiminsə arxasında durursan, kiməsə dayaqsan… Kimsə təminat kimi dayanır arxanda…
Pul kimi xəzinəni xatırladırsan, öz xəzinən var, qorunduğun yer, ehtiyata çevrilirsən… Pulun çox olduqca, büdcəyə, xəzinəyə gah yaxın olursan, gah da ki, uzaq…
Pul kimi mübadilə vasitəsisən… Mübadilə edilirsən, mübadilə edirsən… Mübadilə zamanı formalaşır dəyərin, sənə olan tələb və təklif…
Hər kəsin pulla ifadə olunacaq bir dəyəri, qiyməti var…
Bəs sənin pulla ifadə olunan dəyərin, qiymətin hansı məbləğ arasındadır?
Günel Fərhadqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Arnold Şvartsneqqer son görünüşü ilə təəccübləndirdi-FOTO
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
“Eurovision-2015” bu şəhərdə olacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?
HAVA necə olacaq?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Bakının yeni seysmik riski öyrənilir
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Zövqlü divar rəsmlər
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
Emin atası və oğulları ilə - FOTO
Yaylıq istafədə etməyin 5 yolu
Bakı metrosu sabah açılır - RƏSMİ
Kişilərin sevdiyi 4 qadın tipi
Roqaliki (foto resept)
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Alimlər yeriyən balığı videoya çəkə biliblər
Ətli rulet (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Ermənilərin itkisi təsdiqləndi
Günün qoroskopu:Bədxərclik etməyin!
Cem Yılmazdan yeni film gəlir
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Ətli və pendirli qutab (foto resept)
Heydər Əliyev Mərkəzində "Qarabağın səsi" layihəsinin təqdimatı olub
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Mayın 20-də qəbul imtahanı olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Latviyaya səyahət
Osteoporoz
Milyarder qaçqınlar üçün iki ada alacaq
Qızıl boyunbağılar
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakıdakı bahalı avtomobil dayanacaqları
Amerikansayağı dərsliklər
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Həyatınızın açarı olun
Rusiyadan ABŞ-a xəbərdarlıq
Kral və dəyirmançı
"Atiye" serialının təqdimatı oldu-FOTO/VİDEO
- ŞƏRHLƏR