Neçə gündür ki işıq üzü gördüyü sorağını aldığım bu kitabı əldə etmək bir qədər çətin oldu. O mənada ki, bir neçə kitab mağazasından soraqlaşaraq və hətta baş çəkərək axır ki Kibrit bookcafedən tapa bildim. Evə gələnədək metroda və marşrutda artıq povestin yarısını oxumuşdum. Çünki müəllif, özünün də vaxtilə dediyi kimi nadinc olan dilimizdən çox gözəl istifadə edərək bu nadinc dili ram etməyi bacarır. Kitabda əslində iki povest var: “ Gilə “ və “ Qız qalası “ . Əvvəlcə istədim ki, iki povesti də oxuyub ikisi haqqında bir təəssürat yazısı yazım. Ancaq ilk povest olan Gilə məndə elə təəssüratlar oyatdı ki, bu təəssüratları ikinci povestlə bir yerə sığışdıra bilməyəcəyimi anladım və ayrıca yazmağa qərar verdim. İndiyədək yazdığım təəssüratları oxuyanlar bilirlər, mən hər zaman müsbət yönlərə önəm verirəm və çalışıram ki, əsərin yaxşı tərəflərini danışım. Çünki bildiyiniz kimi mən tənqidçi deyiləm, ədəbiyyat təhsilim də yoxdu, bir qədər də aydınlaşdıraraq deyim ki, çoxlarınızın da bildiyi kimi hətta ümumiyyətlə təhsilim yoxdur…yəni ali təhsilim. Bütün yazdığım təəssüratlar həvəskar bir oxucu təəssüratlarıdır və məqsədim də sadəcə mütaliə təbliğidir. Siz də hər dəfə lütfən bunları nəzərə alaraq oxuyun. İndi isə bir qədər süjet barədə…
Əsər birinci şəxsin dili ilə danışılır. İsveçrəyə köçərək orda yaşayan, köhnə tanışlarından olan Jan ilə görüşmək üçün Sürixdən yaxınlıqdakı Rapperswil qəsəbəsinə gedən Əli, qatarda rastlaşdığı yaşlı adamın azərbaycanlı olduğunu öyrənir və bir gün ərzində onun bütün həyat hekayəsini dinləməli olur. İkinci dünya müharibəsi zamanı əsir düşərək min bir əziyyətə qatlanan Əşrəfin acınacaqlı həyat yolu Əlini maqnit kimi çəkir. 1942- ci ildə Laçın rayonundan cəbhəyə yola düşən Əşrəf dayının bir daha vətənə geri qayıtmamasını, əvvəlcə NKVD- nin o vaxtkı əsirlərin əksəriyyətini güllələməsinə bağlayan müəlllif, “ bəs 80- ci illərdən sonra, o da olmadısa SSRİ dağıldıqdan sonra niyə qayıtmaq istəmədi, rayonları işğal olmuşdusa bəs Bakıya köçmüş qohum- əqrəbasını niyə görmək istəmədi “ kimi beynini gəmirən sualları nəhayət ki Əşrəf dayıya verir və… əsl problemin Əşrəfin 5 yaşlı bacısı Gilə ilə bağlı olduğunu öyrənir. Bu andan etibarən balaca Gilənin qan donduran həyat hekayəsinin dinləyicisi olur. Süjet barədə bu qədər bəs edər məncə. Çox danışsam dadını qaçırmış olaram, sizin də marağınız azalar. Bir qədər də mənim təəssüratlarım haqda…
90- cı illər, Saatlı rayonunun ucqar deyiləcək bir kəndi. Ölkədə kitab nəşri zatən zəif ikən, əyalətlərdə yeni kitab tapmaq daha çətin idi. Odur ki məcburən atamın və babamın kitabxanasındakı kitabları dönə- dönə oxuyurdum. “ Böyük Vətən Müharibəsi “ mövzusuna xüsusi önəm verən sovet təbliğatı ədəbiyyatdan da yan keçməmiş, bu barədə cürbəcür romanlar yazılmışdı. Müharibə iştirakçısı olan babamın da təbii ki bu mövzuda kitabları var idi. Almanlara əsir düşənlərin keşməkeşli həyatı haqqında Azərbaycan sovet ədəbiyyatından iki əsər mənim yaddaşımda xüsusi yer tutmuşdu : Hüseyn Abbazsadənin “ Burulğanlar “ və “ Haradansınız müsyö Abel? “ əsərləri… Bu əsərlərin bədii- fəsəfi yükü filan haqda nəsə demək istəmirəm, yadımda qalan əsasən əsirlərin həyatı idi. Kim oxuyubsa mənə haqq qazandırar, bu əsərlərdə çox təsirli verilib bu movzu. “ GİLƏ “ povestini oxuyarkən sanki həmən illərə qayıtdım, çoxdandı oxumadığım mövzunu yenidən xatırladım. Qarabağ mövzusuna da sətirlatı toxunan yazar, Əşrəf dayının əsirlərlə birgə acınacaqlı həyatını, müharibənin necə mənfur və mənasız bir şey olmasını, insanların vətən nisgilini özunəməxsus tərzdə verib.
Əsərin dilini xüsusilə bəyəndim. Sadə, dağa- daşa girmədən, uzatmadan, dəbdəbəli və ibarəli cümlələr qurmadan, oxucunu tez zamanda təhkiyəsinə salan axıcı dili var povestin. Yazar hətta Sürixdə az- az görülən qızmar isti ucbatındn keçirtdiyi hissləri belə çox gözəl, bizim anladığımız bir dillə bizə ötürür:
“ Litrlik plastik qabdakı su isinmişdi, udduğum damcılar əvvəlkilərdən daha ilıq olurdu. Bu, məndə azacıq qəzəb yaradırdı “ … tanış hisslərdir deyilmi?
Əşrəf dayının əsrilik həyatını dinləyəkən ona fikir verən müəllif, qəhrəmanının ruh halını ifadə edərkən də çox sadə, amma effektli cümlələrdən istifadə edir fikir verin :
“ Əşrəf susdu, qəhərlənmişdi. Ağlamırdı, amma gözlərinin təbii bulanıqlığından elə bilərdin ki, dolub qalıb, bu saat ağlayacaq. Mənə elə gəldi ki, onun göz yaşları çoxdan quruyub, istəsə də ağlaya bilməz… “.
Bu hissəyə də diqqət:
“ — Xatirələrinizi oyadaraq sizi incitmək istəmirəm. Amma suallarım doğrudan çoxdur…
Baxışlarından birtəhər oldum, sanki “ bu həyat məni o qədər incidib ki, sən istəsən də bundan artıq incidə bilməzsən “ demək istəyirdi…
Deməyim odur ki, sadə seçilmiş sözlər olsa da, sonucda cümlələr təsirlidir…
Əsərin yarısından sonra artıq həyəcanınız artacaq, zaman- zaman gözləriniz dolacaq, içiniz titrəyəcək… Daha çox danışmayım, əsərin marağını da oldürməyim. Tapın, aln, oxuyun, inanın ki sərf etdiyiniz vaxta dəyəcək. Sizlərə xoş mütaliələr.
Fariz Bayramov
XƏBƏR LENTİ
Eyni serialda rol alacaqlar?
Gəncədə "Gənclik onun imzasıdır" adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Duzlu pomidor (foto resept)
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Ənənə, yoxsa qanlı şou və qəddarlıq?
Qarğıdalı-düyü salatı
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Günorta yaranan baş ağrılarının səbəbləri
6 erməni əsgər məhv edildi
DİQQƏT! WhatsApp-da yeni problem var
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Türkiyədə YouTube qadağası ləğv edildi
Necə gözəl gəlin olmalı?
Mübarizsiz 10 il...
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Dünya yenə onları izləyəcək
Həm Android, həm Firefox-la işləyən smartfon
HAVA necə olacaq?- 18 MART
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
İranda zəlzələ oldu
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Hər kəs bu qadınan danışır-SƏBƏB
Sinan Akçıl BOŞANIR
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Bunu paylaşan "facebook" profilindən olacaq
Metabolizmanı sürətləndirən tövsiyələr
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
Xamada toyuq filesi (foto resept)
Hipertoniya (təzyiq xəstəliyi)
Bu qəsrdə ruhlar yaşayır
Sevinc gətirən doğuş
Sinir sistemini gücləndirən meyvə
MTN-ə əlavə səlahiyyət verildi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Burun tıxanmasına qarşı tədbirlər
Alimlər cizgi filmini DNT-yə yazdılar
Qarabağ sentyabra qaytarıla bilər
Tarixin ilk selfisi
Psixoloji Etüd - 2
Sözlərin təsnifatı
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
Daimi ordusu olmayan ölkələr
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
- ŞƏRHLƏR