Etiraf edim ki, rus ədəbiyyatı, xüsusilə də Dostayevski çətin dili, mücarrad anlayışları və sentimentallığıa qapılmaları ucbatından bir elə də diqqətimi çəkmir. Hətta, bu əsərə başlayanda tez-tez peşmanlıq hiss edirdim. Yəqin ki, elə bu səbəblərdən əsərinin yarısına kimi güclə, sürünə-sürünə gəlmişdim. Yarısından sonrası isə, necə deyərlər bir nəfəsə bitdi.
Bu əsər Dostayevskinin şahəsəri adlanır və öz dövründə bir o qədər anlaşılmasa da, sonralar bir çox yazarın ilham mənbəyi və Ziqmunt Fredin psixoanaliz araşdırmalarının dayaq nöqtəsi olmuşdur. Əslində, bu o qədər də təəccüblü deyil, əsər “ailə”, “cəmiyyət”, “din”, “ehtiras”, “hərislik” və sairə mövzulara toxunub, bir növ onları mücərrad şəkildə qarşımıza sərir. Belə ki, əsərin hər bir hissəsi ayrılıqda bunlardan birini xırdalayır, çeşidləyir və canlı-qanlı halı ilə nümayiş etdirir. Bu səbəbdən, niyə belə yüksək qiymətləndirildiyini anlamaq çətin deyil. Qısaca haqqında danışsaq: Fyodor Karamazov kef düşkünü, yaltaq və əxlaqı dəyərləri öz xeyrinə görə dəyişə bilən bir insandır. Sırf drhoması üçün evləndiyi qadından 1, o qadın qaçıb öldükdən sonra evləndiyi ikinci “qızdırmalı” qadından 2 oğlu və böyük ehtimalla, qəsəbənin dəlisi sayılan Smerdyaşçaya (rus: iylənmiş)dan bir qeyri-qanunu oğlu vardır. Bu şəhvət düşkünü adam övladları ilə heç maraqlanmadığı kimi, əlindən gəldiyi qədər onlara düşən miras payını qəsb etməyə çalışır. Böyük oğlu Dmitri- Mitya ilə də aralarında bu mövzu və ikisinin də Qruşenka adlı yüngül qadına aşiq olması üstündə mübahisələr yaranır. Hətta, bu mübahisələr atanın ölümü ilə nəticələnir. Hadisələr, bu adamın oğulları – Karamazovlar ətrafında cərayan edir. Əsərin obrazları da öz-özlüyündə bir o qədər unikal olsa da, ondan daha çox təbii, hətta “doğma”dır. Həyatımızın hər anında görə biləcəyimiz insan tiplərinin ruslaşmış formalarıdır. Belə ki, əslində bütün hadisələrin başladcısı olan Fyodor Karamazov, əxlaqı dəyərləri olmayan, öz xeyri üçün istənilən rola bürünüb, istənilən adama yaltaqlıq edən bir adamdır. Din, əxlaq və vicdan anlayışlarından tamamilə azad olan bu insan, yalnızca öz ehtirası üçün yaşayır. Pul hərisliyi isə, sadəcə bu ehtirasın təmin edilməsi üçün lazım olan bir şeydir. Dmitri Karamazov – ya da, bilinən adı ilə Mitya, Karamazovların lənəti olan əhlikeflikdən qurtula bilməyən, amma, bir o qədər də özünə məxsus əxlaq anlayışı olan insandır. Hətta, çox sevdiyi ögey qardaşı Aleksey onun vicdanıdır. Belə ki, ən ağır vəziyyətdə belə onunçün özü haqqındaki fikiri maraqlı olan, həttta, həyatı əhəmiyyət kəsb edən tək insan Aleksey – Alyoşa idi. İvan Karamazov, bəlkə də anasında ona miras qalan xəstəliklə, kəskin zəkası arasında ilişib-qalmış biridir. Hadisələrə daha çox müşahidəçi olmağı seçən bu adamın olduqca dərin fikirləri var. Hətta, bəlkə də ögey qardaşı olan Smerdyakov belə onu örnək aldığını iddia edir. Əslində, ailəsi ilə heç bir bağı olmayan bu insanın qaranlıq vicdan anlayışı var. Alyoşa, Karamazov soyadına layiq olmayacaq biridir. Istər uşaqlıqda dua edən anasının, istər gəncliyində Zoisima babanın təsiri ilə fövqalədə bir saflığa malikdir. Insanların əməllərindəki pisliyi ya bilərək, ya da bilməyərək görmür. Qardaşlarını doğma biri kimi yox, bütün insanları sevdiyi kimi sevən, onlara acıyan bu gəncin davranışları haminin diqqətini çəkir. Kimisi riqqətlə, kimisi də rişxəndlə ona etiqad edir. Lakin, onu real bir insana çevirən inamsızlıq, açıqsözlülük və bəzən yalan demək kimi xüsusiyyətləri vardır.
Smerdyakov, məncə əsərin ən sirli obrazıdı. Nəyi sevdiyi, nəyə inandığı, nəyə nifrət etdiyi və nə düşündüyü haqqında heç bir işarə yoxdur. Gah Fyodoru, gah da İvanı təqlid edən bu obraz hadisələrə müdaxilə edən gözəgörünməz qüvvədir. Katerina – Katya, əsərin bütün qadınlarını onun timsalında təhqiq etmək olar. Katerina, özünə əzab verməkdən həzz alan bir obrazdı. Hadisələrin baş rolunda özünü görmək üçün – bəzən bir qurban, bəzən də bir cəllad kimi – etməyəcəyi bir şey yoxdur. Karamazov ailəsi isə, onun üçün ələkeçməz fürsətdir. Istər Mitya, istər İvan, hətta, Alyoşa belə orta əsirlərə xas olan “əzab çəkən obraz” aililiyinə çatması üçün sadəcə bir vasitədir. Xanım Hohlova (rus əlifbasında “h” hərfi olmadığı üçün, böyük ehtimalla adı Xoxlovadır) belə, əzab çəkən obrazı oynamaqdan həzz alsa da, Katerinadan fərqli olaraq, o hadisələri yaratmır və ya özünü hadisələrə bir növ zorla əlavə etmir, sadəcə var olan ən cılız məsələni faciəyə çevirir. Əsərin ən fərqli qadın obrazı Qruşenka isə, gözəl bir qadındır. Gəncliyində bir Polşalı tərəfindən aldalılıb. Bütün yaralı olan, lakin , eyni zamanda gözəlliyinin fərqində olan qadınlar kimi, o da gözəlliyindən istifadə edir. Bunun üçün başqalarının nə deməsi vecinə belə deyil, çünki, tək gözəlliyi ilə yox, ağlı ilə də cavablarını verə bilir.
Əsərin ən maraqlı hissəsi, sonudur. Belə ağır bir mövzu və uzun ovbrazlarının daxili aləmloərinin nümayişindən sonra, bundan daha maraqlı bir son düşünə bilmirəm. Bəlkə də, Dostayevskinin dühası elə burada işə düşür. Ba. Obrazdan əlavə, yan obrazlarının da fərqliliyi ilə diqqəti çəkən bu əsəri oxumağa hər kəsə tövsiyə edirəm. obrazların dili ilə bir çox milli, dini və dövlət məsələləri sorğulanır, inandığımız əxlaq anlayışı və sarsılmaz qan bağları sual altına qoyulur. Bütün bunları nəzər aldıqda, bu əsər mütləq oxunmalıdır. Bəlkə də mahiyyətini illər sonra dərk edəcəyik, bəlkə də heç vaxt anlamayacağıq. Lakin, beynimizdə, kitabxanamızda və qəlbimizdə mütləq yeri olmalı əsərlərdəndir. Xoş mütailələr!
Cəmilə Məmmədli
XƏBƏR LENTİ
Növbəti qışda daha sağlam olaq!
Kətan toxumunun zərərləri
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
100 gün sonra planetdə 181 insan qalacaq
Kimdir fəqir?
Novruz yarmarkaları açıldı: yeni ünvanlar
Dəbdən düşməyən geyimlər
Qadın.Netin-kalori cədvəli
Məktəblərdə telefon qadağan olunsunmu?
Evdə hazırlaya biləcəyiniz 3 üz maskası
"Orta məktəb şagirdləri dərslikləri başa düşmürlər"
Yeni reytinq sistemi
Bu ərzaqlar bahalaşdı
Sinem Kobaldan örnək davranış
"Bir aşk iki hayat" təqdim edildi-VİDEO/FOTO
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Bakıda benzin krizi: yanacaqdoldurma məntəqələrində satış dayandırılıb
Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var
Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU
6 yaşlı uşaq ayda 3 milyon dollar qazanır-FOTO
Alişan ikinci dəfə nişanlandı - FOTO
Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı
Yol polisi Hillari Klintonu cərimələdi
Viza ən geci 3 günə veriləcək
Uşaqların dəstəyə daha çox ehtiyac duyduğu dövr
Erməni işğalçılarının hərbi texnikasının məhv edilməsi görüntüləri - VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
İranla AEBA arasında nüvə danışıqları başladı
ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər
Su içmək üçün 7 səbəb
Günün ulduz falı
Məşhur serial yenidən çəkilir - VİDEO
94 kiloqram arıqlayıb heyran etdi - FOTO
"Instagram"la bağlı xəbər var
Ayaqları ölü dərilərdən necə təmizləməli?
Azərbaycanda yeni zavod açılacaq-SƏBƏB
Mətbəx mebelləri
"Çukur"un yeni mövsüm tizeri - Video
Zooparkdan 14 şir qaçdı
Cariyələrin kosmetika qabında nələr olurdu? (1)
Azərbaycanda qəlyandan istifadəyə qadağa
Azərbaycanda mobil telefonlar üçün sinxron tərcümə sistemi hazırlanıb
Hərbçilər üçün bina
Pomidorun yararları
Çilli insanların bilməli olduqları
Şirvandakı partlayışla bağlı yaralıların sayı AÇIQLANIR - YENİLƏNİB
Övlad qatili
Baş onkoloqdan ÇAĞIRIŞ: "Xərçəngin müalicəsi var, lakin..."
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
"Qarpız dilimləri" peçenyesi (foto resept)
- ŞƏRHLƏR