Noyabrın 15-dən etibarən yeni payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq.
"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, bu il də yeni istilik mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşməsi, qazanxanaların qazla təmin edilməsi üçün yeni qaz xətlərinin çəkilməsi, məhəllədaxili magistral xətlərin yeniləri ilə əvəzlənməsi, sosial obyektlərin və yaşayış binalarının aşağı paylayıcı binadaxili istilik sistemlərinin bərpası ilə əlaqədar tədbirlər davam etdirilib:"Təkcə investisiya proqramı çərçivəsində 163 müxtəlif layihələr həyata keçirilib. Bunlardan 12-si yeni müasir tipli istilik mənbəyinin yaradılması, 30-u qazanxanaların qazlaşdırılması, 125 yaşayış binasında məhəllədaxili aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması ilə bağlı olub. Bu 125 bina əvvəlki mövsümlərdə istilik almayan binalar olub və onlar uzun fasilədən sonra bu il istilik sisteminə qoşulacaq.Bundan başqa payız-qış mövsümünə hazırlıqla əlaqədar ötən mövsüm işləmiş istilik məntəqələri və qazanxanalarda cari profilaktik tədbirlər, təmir işləri başa çatdırılıb. Bütün məhəllədaxili magistral istilik xətləri hidravlik təzyiqlə yoxlanılıb, onlardan 50 km hissəsi təmir olunub, nasoslar, elektrik mühərrikləri, nəzarət-ölçü cihazları təftiş olunub. Qazanxanalardakı aqreqatlar mexaniki-kimyəvi üsullarla təmizlənib, şəbəkələrdə istilik ötrük-izolyasiya qatları 7 min kv.m-ə yaxını, ümumiyyətlə, qışda problem yarada biləcək hissələr hamısı yenisi ilə əvəzlənib".Xidmət rəisinin sözlərinə görə, "Azəristiliktəchizat" yaranan vaxt istilik təchizatı problemini həll etmək üçün Tədbirlər Planı hazırlanaraq hökumətə təqdim edilib və maliyyə təminatından asılı olaraq işlər mərhələli şəkildə icra olunur:"Elə sahələr var idi ki, ilk növbədə, məsələn, məktəblər, uşaq bağçaları və xəstəxanalara istiliyin verilməsini bərpa etdik. İndi artıq Bakıda istilik olmayan heç bir məktəb, uşaq bağçasıı, xəstəxana yoxdur. Hədəfimiz budur ki, yaxın illərdə Bakı şəhərində olan bütün yaşayış binaları, sosial obyektlərin istiliklə təmin olunması üçün yeni qazanxanaların tikilməsi, məhəllədaxili magistral xətlərin çəkilməsi, aşağı paylayıcı istilik sistemlərinin bərpasına nail olaq. Bu istiqamətdə hər il ayrılan vəsaitlərə uyğun olaraq işlər həyata keçirilir. Məsələn, bu il, 2015-2016-ci ilin payız-qış mövsümündə 3500 yaşayış binasının, 285 məktəbin, 158 uşaq bağçasının, 156 səhiyyə müəssisəsinin, o cümlədən ASC-nin xidmət zonasında yerləşən 700-ə yaxın digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulur".O, həmçinin əlavə edib, istilik enerjisi ilə əlaqədar tariflərə baxılması məsələsi müzakirə olunmur və hazırda istilik tarifi hər 1 kv.metr yaşayış sahəsi üçün aylıq 15 qəpikdir.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Köhnəlmiş ayaqqabıları yeniləyək
Hollivudun məşhur siması vəfat etdi
Yataq örtükləri
Maraq zəkası - yaradıcı zəkanız
Bakıda avtobuslar yenilənir
Alcaqdabanlı rahat ayaqqabılar
Azərbaycanda torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı yenilik
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilmə qaydası müəyyənləşib
Qurama (Dərs-5)
Günün ulduz falı - 26.08.2013
Uşaqlarda məktəb fobiyası
ABŞ konqresmenləri: Azərbaycan siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir
Qara nöqətələrə qarşı ən effektli maska
Bakıda daha bir möhtəşəm tikili-FOTO
Qısa dırnaqlar üçün ideyalar
Smartfondan kiçik kondisioner hazırlandı
Fahriye hələ də xəstəxanadadır-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Yaz saç düzümü üçün 15 ideya
Yerə asteroid yaxınlaşır
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq
Zeytun yağlı badımcan (foto-resept)
Möcüzə içki, ağ çay
Qeyri-adi üzüklər
İrina və Bredli AYRILIR-FOTO
Ancelina Coli xəstəxanadan çıxdı - FOTO
Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir
Dünyanın ən cazibədar nənəsi sirrini açdı - FOTO
Fuad Poladov vəfat etdi
Bəstəboy kişilər daha yaxşıdır?
Kişi gözünə sürmə çəkə bilərmi?
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Maradonanın vəsiyyəti açıqlandı: Bədəninin balzamlaşdırılmasını istəyib
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Hava necə olacaq?
HAVA necə olacaq? 30 İyun
Bakıda satış yarmarkaları təşkil ediləcək
Karantində olanların sayı açıqlandı
Çində yaşayan türk müğənnisi Virus haqqında danışdı
Filippində güclü zəlzələ olub
Stresin sonsuzluq müalicəsinə təsiri
Səfirlik: "Macarıstana səfər etmək istəyən azərbaycanlı turistlərin sayı dəfələrlə artıb
Müasir internet qorxusu
Azərbaycanda çaylar kükrəyir - SEL TƏHLÜKƏSİ
Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?
Ətli pirojnalar və suxarili pendir çubuqları
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi