Nədir?
Beyin toxuması özünü bürüyən beyin pərdələri (meninkslər) və kəllə sümüyü ilə qorunur. Kəllə sümüyü birdən çox sümükdən ibarətdir. Ana bətnindəki dövrdə bu sümüklər arasında birləşdirici xətlər (suturalar) və əmgək adı verilən paxlava kəsiyi şəklində bölgələr var. Bir sözlə əmgək kəllə sümüklərinin birləşmə nöqtələrinin arasındakı bağ toxumadan ibarət olan hissədir. Doğuşdan əvvəl 6 ədəd olan əmgəyin adətən doğuş öncəsi 5 dənəsi bağlanır. Doğuşdan sonra yalnız ön əmgək mövcuddur.
Əmgək nədən ibarətdir?
Əmgəyin körpədəki funksiyası nədir?Kəllə sümükləri arasındakı boşluq əmgək bağ toxumalarından ibarətdir. Üstü saçlı dəri və dəri altı piy toxuması ilə örtülüdür.Körpələrin kəllə sümüyü tək bir parça sümükdən ibarət deyil, hələ bir-birinə tam olaraq bitişməmiş birdən çox sümükdən ibarətdir. Bu quruluş, sümüklərin üst-üstə gəlməsi ilə kəlləyə elastiklik qazandırıb başın doğum kanalına daxil ola bilməsini beləliklə, doğuşun həyata keçirilməsini təmin edir. Doğuşdan sonra da, beyin böyüməsi kəllə sümüyünün genişlənməsi ilə mümkün olur. Beynin böyüməsinin təxminən 2/3-ü həyatın ilk 2 ilində baş verir, kəllənin elastik quruluşu bunu mümkün edir. Kəllə sümük hissələri arasında qalan hissə də əmgəkdir.
İlk 2 ildə çox sürətli olan beyin böyüməsinə kəllə sümüklərinin böyüməsi uyğunluq göstərə bilməz. Buna görə sümüklər arası birləşmə yerləri (suturalar) və əmgək sayəsində baş böyüyür və beyin toxumasına zərər gəlməz. Kəllə daxilində inkişaf edə biləcək ani təzyiq və həcm dəyişikliklərində kəllə sümükləri elastik olmadığı üçün genişlənə bilməz. Əmgək sayəsində yan təsirləri azala bilər.
Əmgək hansı müddətdə bağlanır?
12-18 ay müddətində bağlanır. Çox nadir hallarda bəzi uşaqlarda arxa əmgək açıqdır, ən gec 3 ay ərzində bağlanmalıdır.Əmgəyin qısa müddətdə bağlandığı hallarda adətən suturalar vasitəsi ilə baş böyüməsi davam etməkdədir.Belə bir vəziyyətdə qısa fasilələrlə baş ölçülməlidir.
Əmgəyə toxunmaq uşağın beyninə zərər verərmi?
Çox sərt bir zərbə almadığı müddətcə əmgəyə toxunmağın körpəyə heç bir zərəri yoxdur.Əmgək güman edildiyi qədər həssas və zəif bir bölgə deyil. Çox ağır bir zərbə olmadıqca yüngül toxunma növü zərbələrin bir zərəri olmaz .
Əmgəkdə hansı dəyişikliklər normaldır?
Nəfəs alıb vermə və ağlama zamanı əmgəkdə şişmə normaldır.
Əmgəklə bağlı təhlükə vəziyyətlər nələrdir?
İshal, qusma kimi orqanizmin maye itkisinə səbəb olan hallarda əmgəkdə çökmə meydana gəlir. Bu maye itkisinin ciddi olduğunu göstərir.Əmgəkdəşişmə isə menengit dediyimiz beyin zəri iltihabları və kəllə daxilinə aid yer tutan lezyonlarda (şiş kimi) vəhidrosefaliya dediyimiz beyin onurğa mayesinin artdığı hallarda olur. Mütləq erkən müdaxilə tələb edən bu hallarda uşaqlar onsuz da başqa əlamətlər ilə də qeyri-sağlam görünürlər, bu cəhətdən tamamilə sağlam olan uşaqlarda bu ehtimallar çox aşağıdır.
Əmgək necə yoxlanılır?
Əmgəyə görə sümük toxuması çox sərt olduğu üçün baş bölgəsini alından arxaya doğru normaldan bir az təzyiqlə oxşadığımız zaman saçlı dəri altında əmgək hiss edilə bilər. Paxlava dilimi kimidir. Yaş ardıqca bu kiçilir.Əmgəyin hər aylıq həkim baxışı zamanı müayinəsi keçirildiyi üçün qızdırma, qusma, ishal və s. kimi başqa xəstəlik əlamətləri olmadığı müddətcə ailə tərəfindən yoxlanılmasına ehtiyac yoxdur.
Fuad Nəzərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ulduz falı
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Sevin, sevilin, kəşf edin...
İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi
20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi
Toylarda bizə niyə toy tuturlar?
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Nədir sevgi?
Qara nöqtələr üçün 3 təbii maska
Ağıllı və müdrik qadın arasındakı fərqlər
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi
Anaya və ataya hörmət
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Qeyri-adi toy karvanı hər kəsi təəccübləndirdi-FOTO
Azərbaycan Rusiyadan qaz alacaq
Sibel Can Bakıya gəldi
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
İnternetdə mühafizə problemləri artır
Dünyanın ən bahalı retro maşınları Bakıda
"Çinar" şokoladı (foto resept)
2019 toy trendləri
Neft ucuzlaşdı
Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)
Saçlar sağlamlığınız haqqında nə deyir?
Azərbaycanda dövlət saytlarında niyə problem yaranıb?
Göz sağlamlığınız üçün incə məqamlar
Onlar qardaş imiş - FOTO
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Listdə pendirli rulo boxça (foto resept)
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Əhaliyə xəbərdarlıq
Bananlı kokteyl (foto resept)
Həsən Məmmədovun bu gün doğum günüdür
HAVA necə olacaq? 18 Mart
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Depressiyadan xilas olmaq üçün nə etməlisiniz?
Namaz: Allaha ibadət, yoxsa...?
Dövlət qulluqçuları hər ay testdən keçəcəklər
23 gün Şaxtada yaşayan şəxs xilas edildi-VİDEO
Onu kim unudar?! "Məhəmməd, ay Məhəmməd..."
Yağları əridən çay
Bu gün Olimpiya çempionumuzun ad günüdür
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Kartof Kroket (foto-resept)
At şampununun saçlarımıza təsiri
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Şvartsenegger əməliyyat olundu
Bu günün hava proqnozu
Cəfəri ye,sağlam ol!
- ŞƏRHLƏR