Niyə bu qədər çox sevirsən məni, əziz anam? Anam!
Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu?
Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?
Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi yoxdu, ana?!
Niyə bu qədər çox sevirsən məni?
Səni sənin qədər sevə bilmədiyimi, sənə mənə yandığın qədər yana bilmədiyimi bilə-bilə, niyə bu qədər sevirsən məni? Gəncəm… “gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni, hələ bacarmazsan” deyirsən. Bəs sən?
Sənin gəncliyin olmadımı, ana?!
Sən ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini. Yoxsa yenə məni düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə?
Yoxsa, dünyaya gəlmədiyim vaxtdanmı sevmişdin məni, mənə qovuşmaq üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın?
Mən də sevdim səni… Amma başqasını da sevdim. Səndən çox düşündüm onu, ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən, ağladım… Hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası üçün, sən mənim üçün… Niyə?
Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə bilməkçün. Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox sevirsən məni, ana! Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün yerdə yaşayan mələk olaraq göndərib…
İndi yoxsan yanımda… Səni istəyirəm, darıxıram sənsiz. Qayğın üçün, mehriban səsin üçün, mənə mərhəmətlə baxan gözlərin üçün, səni incidən də belə mənə sığal çəkən əllərin üçün çox darıxıram, məlhəmim anam! Bilirəm ki, sən də məni istəyirsən, mənim üçün darıxırsan. Amma mən öz rahatlığım üçün, qollarında cənnəti tapmaqçün istəyirəm səni. Sən yenə mənə rahatlıq vermək üçün, yenə məni düşündüyün üçün istəyirsən məni, ana! Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni… Bu qədər sevmə. Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni…
Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?
- ŞƏRHLƏR