Əslində belə klasiklərə şərh vermək, razılaşarsız ki, kifayət qədər çətindi. Adətən belə əsərlərdən sonra insan elə böyük bir okeanın ortasına düşür ki, oradan quru parçası tapıb okeanın gözəlliyini təsvir etmək çətin olur. Məhz belə əsərlər insanın zövqünü, mənəviyyatını, tərbiyəsini formalaşdırır.
Londonun dili nəfis, dərinmənalı, dinamik və gərgin süjetlidir. Yazıçının həyatı haqqında maraqlandıqdan sonra bu gözəl üslubun (naturalizm, realizm) yaranma səbəblərini başa düşmək olur (uşaq yaşlarından ağır zəhmətə öyrəşmiş insan). Onun əsərləri insanı mənəvi cəhətdən bərkidir, insana bir çox şeyi göstərir, başa salır. London dəfələrlə deyir ki, həyatda qalmağın şərti güclü olmaqdır. Həyatın universal ritmini, sənə göstərdiklərini qəbul edib, onlardan istifadə etmək əsas məsələdir. Bu qanun hər yerdə işləyir. Beton cəngəlliklərdən tutmuş daimi buzlaqların olduğu Alyaskayadək və bir gün sənin sakit cənub günəşinin isitdiyi evciyinə gəlirlər və bəxti gətirməyən digər sağlam köpəklərlə Alyaskaya xudbin insanların daha çox pul qazanmaları üçün oğurlayıb aparırlar. Sən nə edə bilərsən? Müqavimət göstərsən də, dəyənək və yumruq qanunu səni əhliləşdirir. Sən qaba güclə, bu dünyanın ən əvvəldən ağası olan qaba gücün özüylə tanış olursan. Əhliləşib sınırsan və onların dediyini edirsən.
Budur, başlayır: aclıq, şaxta, rəqabət və sağ qalmaq üçün daima öyrənmək və mübarizə aparmaq. Lakin Nitsşe düz deyirdi: "Bizi öldürməyən şeylər bizi güclü edir". Nəhayət, çətinliklər səni elə formalaşdırır ki, sənin əzələlərin və mənəvi gücün istənilən çətinlik və rəqabətdə baş açmağa kömək edir. Anidən sən anlayırsan ki, bütün bunlar - sahiblər, sadiqlik, liderlik və s. sənlik deyil. Səni azadlıq çağırır. Azadlıq, vəhşilik, təbiətin özü, dünyanın ilkin forması, əbədiyyət səni haraylayır. Sən ona çox yaxınlaşmısan. Yaxşı bəs sənə kimsə təminat verə bilərmi ki, bu sənin yeni sahibin deyil? Deməli azadlıq da nisbi anlayışdır.
Belə başa düşə bilərik ki, nəsillər bir-birini əvəzlədikcə, vaxt-zaman irəlilədikcə biz (həm insanlar, həm də digər canlılar) dəyişirik, lakin bir gün əcdadlarımızın harayı bizi çağırır. Bizdən asılı olan və olmayan səbəblərə görə biz onlardan həm ayrı düşürük, həm də zaman-zaman yaxınlaşırıq.
Belə gözəl əsərlə nə qədər çox insan tanış olsa, bir o qədər yaxşıdır. Bek, sən mənim qəhrəmanımsan. Sən həmişə güclü olmusan. Səni çox istəyirəm. Səni tanımağım çox yaxşı oldu. Qaç! Şaxtalı beynimdə, xəyalımda, arzularımda, qəm-qüssələrimdə isti nəfəsini hiss elətdirərək mənim yanımda mənimlə qaç! Gəl onlara göstərək ki, biz çətinliklərin öhdəsindən gələ biləcəyik.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Cehizlik yataq dəsti və yataq örtükləri
Uşaqlara bunları demək olmaz!
Necəsiniz?
BÜRCLƏR bizə nə vəd edir?-20 noyabr
Facebook-un 114 yaşlı nənəsi öldü
Ulduzdan Gözlənilən Xəbər -FOTO
Prezident İlham Əliyev: "Biz özümüzü erməni təcavüzündən qorumalı idik"
Futbol meydanlarının ilk hicablı hakimi (FOTO)
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Günün qoroskopu: maliyyə məsələlərində mənasız risklər etməyin
Sadə Peçenye (foto resept)
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Azərbaycanda süni mayalanmanın bəzi şəxslər üçün pulsuz həyata keçirilməsi planlaşdırılır
Paltaryuyan maşının ömrünü qısaldan xətalar
Sabah güclü külək olacaq
Game boy-un 25 yaşı tamam oldu
Azərbaycan “Anadolu qartalı” hərbi təlimlərində
Film qəhrəmanları gündəlik həyatda
Siqareti atmaq üçün az bilinən üsullar
Məşhur blogerdən gözlənilməz addım-FOTO
Ayaqqabı və çantalar
Ramin Bayramlıdan koronavirus testləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Dünyada aclıq başlayacaq
Hipnoz
Aspirin maskası və dəriyə faydası
Koronavirus xəstəsindən ŞOK Addım-FOTO
Varlı olmaq arzusu
Bayden: “Nitqimi bitirənə qədər 200 milyon insan koronavirusdan vəfat edəcək”
Keemun çayı nədir?
Dayə seçərkən nələrə diqqət vermək lazımdır?
Lukaşenko da Putinə "yox" dedi
Qızlar üçün avatarlar
Gəlinlər üçün güllər
Qadın.Net-lilərin ilk məktəb həyəcanı (2-ci hissə)
Bakı İslam Universitetinə qəbul olunmaq istəyənlərin diqqətinə
Həm Android, həm Firefox-la işləyən smartfon
İslandiyada hər kəsə eyni maaş veriləcək
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Suriya ilə bağlı bioloji silah şoku
3 günə sürətli arıqladan pəhriz
Uşaqların özgüvənini artırmağın yolları
Sabahın HAVAsı
Super Dünyalar
Yeni Zelandiya yox olacaq
Uşaqlar üçün papaqlar
Nüsret Kann film festivalında-FOTO
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
Eksklüziv Audi RS6
Məleykə Abbaszadə: "Ola bilər ki, bu il müəyyən plan yerləri boş qalsın"
Günün ulduz falı - 15.04.2014
- ŞƏRHLƏR